Ümmətlər arasındakı münaqişənin “rəhmət” deyil “fəlakət” gətirəcəyi ilə əlaqədar ayələrin təfsiri

A9 TV 2014-06-17

Views 37

Hörmətli Adnan Oktarın 26 sentyabr 2013-ci il tarixli söhbətindən ümmətlər arasındakı münaqişənin rəhmət deyil, fəlakət gətirəcəyi ilə əlaqədar ayələrin təfsiri.

ADNAN OKTAR: Allah, Ənbiya surəsinin 92-ci və 93-cü ayələrində belə buyurur, şeytandan Allaha sığınıram: “Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dinidir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!”. “Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar”-yəni ixtilafa düşdülər. “Dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.” Yəni, “onlardan intiqam alacağam.” Allah parçalanmağın bəla olduğunu, fitnə olduğunu deyir, adam isə: “Xeyr! bu rəhmətdir”-deyir. “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali İmran surəsi, 103) Burada ixtilaf varmı? Allah bir-birinizlə mübahisə edin deyir? Xeyr, əksinə, “hamınız Allahın ipindən möhkəm yapışın, parçalanmayın!”, yəni ixtilafa düşməyin deyir. “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz”, yəni ixtilafa düşməyin, “yoxsa ruhdan düşər və zəifləyərsiniz”. Hal-hazırda da elədir, yəni müsəlmanların gücü tükənib və tək-tənha qalıblar. Allah: “Səbir edin, çünki Allah səbir edənlərlədir”-deyir.

Allah, müsəlmanlara: “Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənədək onlarla vuruşun!” (Bəqərə surəsi, 193)-deyir. “Fitnə aradan qalxana qədər”-deyir Allah. Allah İslama zidd heç bir şey qalmayana qədər, “və din tamamilə yalnız Allaha həsr edilənədək”, yəni İslam dini bütün dünyaya hakim olanadək mübarizə aparın deyir. Bəs onlar nə edir?. “İxtilaf rəhmətdir” deyirlər. Allah isə dinin bütün dünyaya hakim olmasını istəyir. Burada adamlar ixtilafdan bəhs edirlər. “Əgər (bu cür hərəkətlərinə) son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.”.

Allah Şura surəsi, 39-cu ayədə: “O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar”-deyir. Yəni, “birlik olsun, “bütün İslam aləmi birləşsin.” Məsələn, Suriyada müsəlmanlara zərər gələndə bütün İslam aləmi birləşib qarşı çıxsınlar”-deyir. “İxtilafa düşsünlər”-demir Allah.

“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” (Saff surəsi, 4) Bəs müsəlman necə olmalıdır? İxtilaf bir yana qalsın, möhkəm bir divar kimi olmalıdır. Birləşmiş bina kimi olmalı, o dərəcədə birləşməlidirlər. Məsələn, bütün daşları bir-birinin üstünə qoymuş və birləşmiş körpü kimi olmalıdır. Bir daşı belə çıxarda bilməməlidirlər. Həm köhnə Osmanlı körpüləri, həm də Peyğəmbərimiz (s.ə.v)-in dövründə olan körpülər, eynilə bu cür idi. Yəni, bir-birinə birləşmiş daş körpülər var idi. Bir daşı çıxartsaq, bütün körpü uçardı. Allah “bir-birinizdən heç ayrılmadan, tək bir daş belə çıxmadan, birləşin və mübarizə aparın ”-deyir. “Ayrılmayın, ixtilafa düşməyin”-deyir.

Share This Video


Download

  
Report form