Hörmətli Adnan Oktarın 4 dekabr 2013-ci il tarixli söhbətindən Quranda yoxsulların qorunması ilə əlaqəli ayələrin şərhi.
Adnan Oktar: Quranda yoxsul olanların və kasıbların qorunmasıyla əlaqəli yüzlərlə ayə vardır. Məsələn, Allah deyir ki; Haqqa surəsi 34-cü ayədə “və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.” Yəni yoxsulu saxlamağa, sahib çıxmağa dəstəkçi olmazdı. Məsələn, yalnız bu ayə belə yoxsulluğu aradan qaldırmaq üçün yetərli ayədir. Çünki, heç kim bu vəziyyətə düşmək istəməz. Baxın, “və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi” o zaman yoxsulu yedirdən insan onsuz da geyindirmək də məcburiyyətindədir. Evlə təmin etmək də məcburiyyətindədir. Yəni, ayənin əhatəsi genişdir. Onsuz da bu ayənin hökmünə görə yoxsul qalmaz. Yəni, hər kəs yoxsula dəstək olmaqla mükəlləfdir. Çünki bütün möminlərə xitab edən bir ayədir. Bax, “və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi”. Məsələn, soruşursan ki, sən “yoxsula yemək yedirdirsənmi?” “yedirdirəm” deyir. “Nə qədər?” “bir qədər” deyir. Ayənin qarşılığı o deyildir ki. Tam mənasıyla olacaq.
Məsələn, Məaric surəsi, 25-ci ayədə belə deyilir: “dilənən və həya edib dilənməyən miskinlər üçün”.
Yenə Muddəssir surəsi, 44-cü ayədə cəhənnəm əhlinə müraciət edib soruşulur, cavab olaraq deyirlər ki: “Kasıbı da yedizdirməzdik” yəni “günahımız” və “cəhənnəmə daxil olma səbəbimiz” bu idi deyirlər. Bu təqdirdə cəhənnəmdən xilas olmaq üçün yoxsul qalmamalıdır. Çünki yoxsula yedirtmədiyin müddətcə cəhənnəm sənin üçün təhdiddir. Çünki sən məsəl üçün 100 yoxsulu yedirtsən, 100 nəfərini isə yedirtməsən və yedirtmədiyin digər yoxsullar desə ki: “Bizə yemək yedirtmədilər” deyir. Bəs onda nə deyəcəksən? Bunu bir adam belə desə, “Kasıbı da yedizdirməzdik” ayəsinin hökmü altına girmiş olarsan. Yoxsula yedirtməsən, əyin başını da almasan, evlə təmin etməsən, imkanla təmin etməsən, yenə eyni hökmdə olmuş olarsan. Yalnız yemək yedirtməklə olmaz, çünki adam soyuqdan üşüyər, ölər də. Ayə başa düşülməyəcək kimi deyil.
Budur, Allah İnsan surəsinin 8-ci ayəsində belə deyir: Şeytandan Allaha sığınıram. “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər”. Budur əsir ilə də yaxşı rəftar edir, yetim ilə əsiri, yoxsulu eyni görür və hamısına şəfqətlə yanaşır. Əsiri məhv edər və süründürərlər. İslamda isə keyfiyyətli yemək yedirmək cəhətdən yoxsul, yetim, və əsirlər eyni hökmdədirlər. Yəni hər hansı bir adama əsirdir deyə laqeyd və ləyaqəti alçaldan bir rəftar göstərə bilməzsən. Əsirə öz yediyindən yedirdib, içdiyindən içirdib, geyindiyindən geyindirmək məcburiyyətindəsən. Bu haqda heç bir inanc da yoxdur. Adama əsir paltarı geydirib rüsvay edir və yerlərdə süründürürlər. Allah isə keyfiyyətli bir yemək yedirmək məcburiyyəti gətirmişdir.
Budur, Fəcr surəsi, 18-ci ayədə cəhənnəmə düşmə səbəbi olaraq belə deyilmişdir: “Kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz”. “Kasıbı yedirməyə” deyir Allah, yəni hər kəs yoxsul qalmayana qədər bir-birini təhrik etmək məcburiyyətindədir. Çünki yoxsul qaldığı müddətcə bu təhrik bitməz. Bu təhrikin bitməsi üçün, yəni bu hökmün aradan qalxması üçün yoxsulun qalmaması lazımdır. Yoxsul olduğu müddətcə isə gecə-gündüz təhrik etmək məcburiyyətindəsən.
Məsələn, Bələd surəsi, 16-cı ayədə, Allah deyir ki, “yaxud aclıqdan yerə uzanmış kasıba!” yəni bu kəsi xilas etməyəcəksiniz?
“Və heç kəsi kasıba əl tutmağa sövq etməz” (Maun surəsi, 3). Bütün İslam aləmi bu ayə ilə həmsöhbətdir. Məhz buna görə də, Allah hz. Mehdi (ə.s) zühur edəndə bu ayələrin tətbiq sahəsini dəyişdirəcəkdir. Yoxsul qalmayacaq, hər kəs zəngin olacaq, beləliklə də, cəhənnəm təhlükəsi aradan qalxacaqdır. Çünki Allah deyir ki, “səndə varkən qardaşın sürünürsə, bunun əvəzi cəhənnəmdir”. Allah deyir ki, “çünki, mal-dövlətini sənə əmanət verdim, əslində isə o mənə aiddir”. “O malı sənə qardaşına verəsən deyə verdim”, “sən isə onun sürünməsinə göz yumdun” deyir Allah. “Və heç kəsi xəbərdar etmədin, imkanın vardı, lakin bundan da istifadə etmədin” deyir. Bu günahdır.
“Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki”. “Məsələn, bu da kapitalistlərin, mal ehtirası olanların şəxsiyyətini aradan qaldıran onların səhvini aşkara çıxardan bir ayədir. “Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki” deyir. Artıq mal ehtirasından özünü itirir adam. Allah kapitalistlərin bu istiqamətinə diqqət çəkir. (Təkasur surəsi, 1)
“Həqiqətən, o, var-dövlətə çox hərisdir.” Zənginlik sevgisindən dolayı “çox hərisdir” deyir. Məsələn, Fətullah müəllimin çox təvazökar, məzlum olan bəzi tələbələri var idi ki, mal sevgisi səbəbindən hərislik edən hala gəldilər. Bəs ayədə nə deyilir? Şeytandan Allaha sığınıram, “Həqiqətən, o, var-dövlətə çox hərisdir.&rdqu