Məsəd surəsi, 1-5-ci ayələrin təfsiri

A9 TV 2014-10-06

Views 3

Hörmətli Adnan Oktarın 17 Mart 2013 tarixli söhbətindən Məsəd surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Məsəd surəsi, şeytandan Allaha sığınıram. Ebru xanım buyurun oxuyun.

EBRU ALTAN: Şeytandan Allaha sığınıram. Bismilləhir-Rəhmanir-Rəhim. 1-”Əbu Ləhəbin əlləri qurusun, qurudu da!. 2-Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi. 3-O, alovlanan oda atılacaqdır. 4-Arvadı da; Odun hambalı və 5- boynuna dolanmış bir ip (bağlanmış) olaraq!”.

 

ADNAN OKTAR: Çünki gedib odun kimi axmaqla evlənirlər, axirətdə də o odun kimi axmağı kürəyində daşıyacaq. Onun odu ilə yanacaq. Quran belə murdar adamlarla evlənməyin səhv olduğunu göstərir. Belə odun adamlarla evlənsəniz, onlarla cəhənnəmdə yanarsınız, bir-birinizin odununuz olarsınız. Ayə buna işarə edir. inşaAllah. Allah: “Var-dövlətinə və qazandıqlarına da əsla arxayın olmayın” deyir. Var-dövlətinə, qazandıqlarına arxayın olmayın. Allah: “Fayda verməz” deyir. Allah: “Əlləri qurusun” deyir, hər yeri, hər şeyi quruyur. Yəni o, əlinə güvənir, amma Allah əlini qurudur. Ayağına arxayın olur, ayağını qurudur. Başqa yerinə güvənir, başqa yerlərini qurudur Allah, “boynuna dolanmış bir ip (bağlanmış) olaraq”. Bu, axirətdə çəkəcəkləri əzabın dəhşətli olacağını göstərir.

 

Share This Video


Download

  
Report form