Hörmətli Adnan Oktarın 22 yanvar 2013 tarixli söhbətindən Tövrat və İncililə əlaqədar ayələrin şərhləri.
ADNAN OKTAR: Qardaşlarımız deyirlər ki; "Hörmətli müəllimimiz Qurani-Kərimdə Peyğəmbərimiz (s.ə.v)-in zamanındakı Tövratı tərifləyən ayəni oxuya bilərmi?". Başqa bir qardaşımız da; "Tövrat və İncillə əlaqədar ayə Peyğəmbər (s.ə.v)-in zamanındakını işarə etmir" deyir. "Əvvəlki kitabları və xəbərdarlıq edənləri göndərdiyini izah edir". Yəni "Tövrat və İncil qalmadı və bu hal-hazırdakı Tövrat və İncildə belə bir şərh də yoxdur; Quranın bəhs etdiyi bizim görmədiyimiz, bilmədiyimiz Tövratlar, İncillərdir. Yəni bu, hal-hazırdakı Tövratlara baxmır" deyir. Yaxşı, madam belə düşünürsən ki, bu da yanlış fikirdir, nə deyir Allah? 21-ci surənin 105-ci ayəsində Allah and içir. "Andolsun, Biz zikrdən sonra", yəni Tövratdan sonra "Zəburda da: "Şübhəsiz, ərzə saleh qullarım varisçi olacaq" deyə yazdıq. "Bu Tövratda da, Zəburda da var. "Dünya hakimi olacaqsınız" deyir, "saleh qullar dünya hakimi olacaq" deyir. "Saleh, səmimi müsəlmanlar İslamı bütün dünyaya hakim edəcək, tək din İslam olacaq" deyir Tövratda və Zəburda. Nə deyir Allah ayədə? "Andolsun, Biz zikrdən sonra" Tövratdan sonra "Zəburda da: "Şübhəsiz, ərzə", dünyaya "saleh qullarım varisçi olacaq" hakim olacaq" deyə yazdıq". Bəs etibarsız idi? "Var" deyir Allah. Baxdığımızda da görürük, Tövratda var. Dünya hakimiyyətindən bəhs edir Allah. Həm Tövratda, həm Zəburda müsəlmanların dünyaya hakim olacağından bəhs edir. Allah deyirki 7-ci surənin 157-ci ayəsində; "Onlar ki, yanlarındakı Tövratda və İncildə (gələcəyi) yazılı tapacaqları ümmi xəbər gətirici (Nəbi) olan elçiyə iman gətirdilər". Bəs etibarsız idi Tövrat və İncil? Nə deyir bax; "onlar ki, yanlarındakı" yanlarında, yəni yanında var. Peyğəmbərimiz (s.ə.v)-in zamanında səhabənin yanında var və oradakı müsəlman olmayanların yanında var. Nə deyir ayədə? "Onlar ki, yanlarındakı Tövratda və İncildə (gələcəyi) yazılı tapacaqları" var, "ümmi xəbər gətirici (Nəbi) olan elçiyə iman gətirərlər; o, onlara marufu əmr edir, münkəri qadağan edir, təmiz şeyləri halal, murdar şeyləri haram edir və onların ağır yüklərini, üzərindəki zəncirləri endirir". Bəs yox idi? Bəs Tövrat və İncil etibarsız idi?
"Əlamətləri, səcdə izindən üzlərindədir. Onların Tövratdakı xüsusiyyətləri budur. İncildəki xüsusiyyətləri isə: Sanki bir əkin; filizini çıxararkən, onu qüvvətləndirərkən, qalınlaşmışkən, sonra sapları üzərində boy atmış (ki bu,) əkənlərin xoşuna gələr."Sən isə nə deyirsən? " İncilin hökmü etibarsızdır" deyirsən. Bu Qurandakı ayənin eynisidir. Quranın işarə etdiyi bu ayənin eynisi İncildə var. Bəs etibarsız idi? Allah deyir ki; "İncildəki xüsusiyyətlərini söyləyirəm", "İncildəki xüsusiyyətlərini". Açıb oxuduğumuzda İncildəki ayəni görürük. Bəs etibarsız idi? Bədiüzzaman deyir ki; "əleyhdarlarımız cəhalət, zərurət, ixtilafdır" deyir. Cəhalət budur. Cəhalətlə məşğul oluruq.