Maidə surəsi, 35 və 32-ci ayələrin təfsiri

A9 TV 2014-05-31

Views 48

Hörmətli Adnan Oktarın 5 yanvar 2014-cü il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Maidə surəsi, 35. Şeytandan Allaha sığınaram:  "Ey iman gətirənlər! Allahdan qorxub  çəkinin"– buyurur Allah. Hər şeydən əvvəl Allah qorxusudur. "...Və çəkinin"-deyilir. Yəni halala, harama diqqət yetirmək lazımdır. "Sizi Allaha yaxınlaşdıracaq vasitə axtarın"-buyrulur ayədə, yəni “kitabları, iman həqiqətlərini oxuyun, söhbətlərə qulaq asın, düşünün, hər şeyi araşdırın, məqsədiniz Allaha yaxınlaşmaq, Allahı tanımaq olsun.” "Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız." -deyir Allah. Yəni, bilikləri artırıldıqdan sonra gecə-gündüz İslamı təbliğ etmək, Allahın dinini yaymağa səy göstərmək lazımdır. "And olsun ki, elçilərimiz onlara açıq-aşkar dəlillər gətirdilər." Ayənin əbcədi 2016-cı ili verir, hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a işarə edir. Allah, Maidə surəsinin 32-ci ayəsində and içərək belə buyurur: "And olsun ki, elçilərimiz onlara açıq-aşkar dəlillər gətirdilər." Açıq-aşkar dəlil nədir? Quranın hökmləridir, Quranın hökmləri açıq-aşkar dəlillərdir. Din, ondan (Qurandan) başqa xurafatlarla təbliğ edilməz, açıq-aşkar dəlillərlə yayılar. Mən dini nə ilə izah edirəm? “Xurafatla izah edirəm”-deyir. İslam aləmi, xurafatçı mollaların izah etdiyi din anlayışından cəhənnəmə çevrildi, xurafat İslam aləmini cəhənnəmə çevirdi. Amma qayda ila izah edilməlidir. "Elçilərimiz onlara açıq-aşkar dəlillər gətirdilər."-deyir Allah. Amma onların gətirdikləri dəlil açıq-aşkar dəlil deyil, qatı dinçilərin (dində həddini aşanların) gətirdikləri xurafatlar, qaranlıq dəlillər, uydurma, zənn və təxminlərlə ortaya atılmış yalanlardır. Belə dəlil olmaz, dəlillər açıq-aşkar olmalıdır. Açıq-aşkar dəlil nədir? Qurandır. Deməli, 2016-cı ildə gözəl şeylər olacaq inşaAllah.

Share This Video


Download

  
Report form