Muminun surəsi, 115-116-cı ayələrin təfsiri

A9 TV 2014-05-31

Views 29

Hörmətli Adnan Oktarın 25 dekabr, 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqəli şərhləri.

ADNAN OKTAR:  Allah  Muminun surəsi, 115-ci ayədə buyurur, şeytandan Allaha sığınıram.  "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" Bəziləri deyir ki: "İnsan yaradılıb. Yaxşı niyə? "Elə yaradılıb" deyir. Allah göz mərcəyini (Gözdə işığın retina üzərində yerləşməsini təmin edən şəffaf quruluşunu) incəliklə dizayn edir. Optik sistem beyinə gedən sistem katrilyonlarla kompleks sistemdə işləyir. Baxın, katrilyonlarla. Və heç biri bir-birinə zərər verməyəcək şəkildədir. Bir-birinə mane olmayacaq və bir-birini tamamlayacaq şəkildə katrilyonun kvadratı qədər elektrik sistemlə təchiz edilib insan. Yəni böyük bir elektrik şəbəkə var. Bir-birini tamamlayan. Bu mükəmməlliklərdən biridir. Bu niyə belədir, nə üçün belə olmuşdur deyə soruşuruq, "Elə olub" deyir. Allah da deyir ki,şeytandan Allaha sığınaram: "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" (Muminun surəsi, 115) deyir Allah. "Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir ilah yoxdur. O, Kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!" (Muminun surəsi, 116) Allah "hər şeyin gücü Məndədir" deyir. Məsələn, Türkiyədə bir çox hadisələr baş verir. Halbuki, taledədir. Hamısında xeyir var. Məsələn, yeni hökumət quruldu. Yeni nazirlər gəldi. Məsələn, bəzi insanlar nazirlərə "bu olmasaydı", "bu  belə olsa" deyə bilirlər. Halbuki, xeyirli olan gəldi. Məsələn, sənin xeyirli zənn etdiyin şər olar, şər zənn etdiyində xeyir olar.

Qardaşım, qarışıq heç nə yoxdur. Polisimiz hər yerdə aslandır. Prokurorlarımız da, məhkəmələrimiz də dürüstdür. Sakitcə hadisələri gözləmək lazımdır. Narahat olmağa ehtiyac yoxdur. Süni cinayət iddiası çox böyük bir əxlaqsızlıqdır. Biz bunu daha əvvəl gördük, çox böyük bir zəiflikdir. Həqiqətən belə hadisələr Türkiyədə olur. Daha əvvəl olmuşdu. Hal-hazırda oldu, olmadı bilmirik. Bunlar dəlillər ortaya qoyulanda aydın olacaq, inşaAllah. Amma Türkiyə hər vəziyyətdə yoluna davam edir. Çünki Allah, bu gün bu hökumət olar, sabah başqa bir hökumət olar, o biri gün başqa bir hökumət olar. Hökumətlər deyil, Allahın qənaətidir. Məqsədi bu deyil. Allah bizi sınayır. Qiyamətə də çox az müddət var. Hökumətlər qalsa belə, dünya bitəcək. Sən demokratiyanı da davam etdirəcəksən, amma demokratiyanı da Allah bitirəcək. Məhkəmələri bitirəcək, prokurorluqlarda, polis bölmələrində heç bir şey qalmaz. Qiyamət qopacaq. Dünya yox olacaq. Yerinə  Allah yenidən dünyaya bənzər yeni bir sistem, fizika, kimya qanunları fərqli yeni bir həyat meydana gətirəcək. Məsələn, indi işıq var və ona görə kölgə olur. Fizika qanunlarına görə elədir. Halbuki, fizika qanunları belə deyir, amma doğrusu kölgə də, işıq da ayrı yaradılır. Amma zahirən elə görünür. Yeni yaradılacaq sistemdə, yəni qiyamət qopduqdan sonrakı sistemdə günəş yoxdur. Lakin aydınlıq olar. Fiziklər bu hadisəni izah etsinlər baxaq. Yeni yaradılacaq sistemdə aydınlıq və kölgəliklər olacaq, amma bizim bildiyimiz kölgəlik kimi deyil. Yəni heç bir şey işığa mane olmaz. Hər yer öz-özündən kölgə və işıqlı olar. Hanı bəs işıq qaynağından olardı? Məsələn, yeni yaradılacaq sistemdə insanın ürəyi olar, amma qan nasosla vurmaz. Ağciyəri olar, amma oksigen üçün deyil, gözəl qoxu üçün, gözəl qoxu hiss etmək üçün, sırf o zövqü almaq üçün olar. Məsələn, insan katrilyonlarla ton yemək yeyir. Çox yüngül, gözəl bir qoxu şəklində, çox gözəl bir çiçək qoxusu tərzində bədənindən tər olaraq xaric olar. Orada katrilyonlarla ton yemək yeyər, həmişə yeyər, hara getsə, yeyər. Bədəndən atılışı məlum, naməlum, yüngül, nəm şəklində, gözəl bir qoxu şəklində cənnət qoxusu şəklində xaric olar. Fizika qanunuyla mənə izah etsinlər. Amma onun bir məntiqi olmalıdır. Yəni Allahdan biz istəsək, Allah onun sistemini gözəl açıqlayar. Bir qanun axtarırsansa, Allah bir qanun meydana gətirər və onda bir adətullah olacaq. Amma Allah o qanunlara məcbur deyil.

Share This Video


Download

  
Report form