Tövbə surəsi, 116, 120-ci ayələrin təfsiri

A9 TV 2014-05-20

Views 8

Hörmətli Adnan Oktarın 10 Avqust, 2013-cü il tarixli söhbətindən Tövbə surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah: "Həqiqətən göylərin və yerin mülkü Allahındır;" hər yer Allaha aiddir, "dirildən də və öldürən də Odur. Sizin Allahdan başqa vəliniz və köməkçiniz yoxdur."

Hər kəs Allaha güvənməlidir və səbəbə sarılmalıdır, səbəbə sarılmağı da Allah yaradır.

"Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz.""Geri qalmaq", yəni tənbəllik edir, guya diribaşlıq edib Peyğəmbərimiz (s.ə.v)-i qarşıya keçirir, özü də geri çəkilir, belə olmaz, "Peyğəmbərindən geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz" Nə olursa olsun, bizə bir şey olmasın demək olmaz. Mənə olsun, amma  Peyğəmbərə olmasın deməli idilər "Bu, həqiqətən onların Allah yolunda bir susuzluq, bir yorğunluq, 'dözülməz bir aclıq' (çəkmələri)" deyir. Demək ki, Allah yolunda mübarizə edərkən susuzluq, yorğunluq, ağrı-acı olar. İmtahan bununla olur. Allah susuzluğu, yorğunluğu xüsusi olaraq yaradır. Yorğunluq sırf bura (dünyaya) məxsusdur. Cənnətdə yorğunluq olmaz. Burada yorğunluğun həmişə təsiri olar, imtahanın xüsusi nəticəsidir. Yorğunluq möcüzə olaraq yaradılır. İnsanlar yorğunluğa həll axtararlar, halbuki, Allah tərəfindən yaradılır, həll tapa bilməzlər və "dözülməz bir aclıq". Allah arada dözülməz, çətin aclıq anları da yaradar.

 

Share This Video


Download

  
Report form