Muminun surəsi, 40, 28-30, 50, 53, 73, 70, 62, 61-ci ayələrin təfsiri

A9 TV 2015-03-31

Views 9

Hörmətli Adnan Oktarın 8 mart 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: 40-cı ayə: "(Allah) dedi: (az bir müddət gözlə) Onlar həqiqətən (tezliklə) peşman olacaqlar!" Bu, hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a da aid bir xatırlatma, bir müjdədir. Nə deyir Allah? "Az bir müddət (gözlə), onlar həqiqətən peşman olacaqlar."-deyir. Yəni, PKK da peşman olacaq, hamı peşman olacaq, yəni, İslama zidd olan hər kəs peşman olacaq. Bəlkə də bu ayənin hökmüylə Abdullah Öcalan bu vəziyyətə gəldi. Bəlkə də bizim kitablarımızın vəsiləsiylə bu hala gəldi amma hər vəziyyətdə günahkar cəzasını çəkməlidir. Yəni, iman etmək, cəzanın ortadan qalxmasını tələb etməz. Müsəlman üçün də cəza hüququ vardır. Müsəlman olsa belə cəza hüququ vardır. Cinayət törədən cəzasını çəkməlidir.

29-cu ayə: “Hz. Nuh (ə.s) deyir ki: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə (evə) endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!" O mübarə

Share This Video


Download

  
Report form