Nisa surəsi,141-142-ci ayələrin təfsiri

A9 TV 2013-12-03

Views 9

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah münafiqlər üçün Nisa surəsi, 141-ci ayədə belə deyir: "Onlar sizə göz qoyurlar (gözləyirlər ki, sizə bir bəla gəlsin)" bu anda da canlı verilişdə seyr edirlər. Möminlər də seyr edir, münafiqlər də seyr edir. Münafiqlər həqiqətən başqa bir məqsədlə seyr edirlər . Peyğəmbərimiz (s.ə.v)-ə də o zamanlar uzaqdan göz qoyurlar. "Əgər Allahdan sizə bir qələbə gəlsə: "Məgər biz də sizinlə deyildikmi?" - deyərlər". "Gör, neçə ilimizi birlikdə keçirdik, biz onsuz da sizinlə birlikdəydik" -deyirlər. "Əgər kafirlərə bir qələbə nəsib olsa: "Məgər biz sizin qalib gəlməyinizə şərait yaratmadıqmı?", "biz onlar haqqında sizi xəbərdar etdik, sizə məlumat verdik" -deyirlər. "Sizi möminlərdən (gələcək təhlükələrdən) qorumadıqmı?"- söyləyərlər". "Möminlərin xüsusiyyətlərini sizə bildirib harada olduqlarını, nə etdiklərini, necə fəaliyyət göstərdiklərini söyləyib tədbir almağınızı təmin etmədikmi?" -deyirlər. "Ona görə xəbərdar etmədikmi?" -deyirlər. "Qiyamət günü Allah sizin aranızda hökm verəcək. Allah kafirlərə möminlərin əleyhinə olan bir şeyi etməyə yol verməyəcək". Elə münafiqlərin bunu bilməməsi bir möcüzədir. Diqqət yetirin, Şeytandan Allaha sığınıram, "Allah kafirlərə möminlərin əleyhinə olan bir şeyi etməyə yol verməyəcək". Yəni kafirlərin qüdrəti daxilində deyil, elə bir gücə heç vaxt sahib ola bilmir, o ölçüdən çıxa bilməz. Zərər verdiyini zənn edər, amma zərər verə bilməz. Taleyində olmadığı üçün edə bilmir. Nə qədər çalışırsa-çalışsın edə bilməz. 142: "Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar". Öz düşüncələrinə görə Allahı aldatdıqlarını zənn edirlər. Yəni müsəlmanlara zərər verdiklərini zənn edirlər. "Halbuki Allah onları aldadır" -deyir.

Share This Video


Download

  
Report form