Nisa surəsi, 157-158-159-cu ayələrin təfsiri

A9 TV 2014-01-31

Views 1

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala (c.c) Nisa surəsi, 157-ci ayədə buyurur ki: "Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük"―demələridir. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər". Baxın, Allah (c.c) heç bir peyğəmbər üçün belə bir şey ifadə etmir. Təkcə hz.İsa (ə.s) üçün söyləyir. O zaman bunu nə üçün söyləsin? Adamlar təkidlə deyir ki: "Hz.İsa (ə.s) öldü". Ayədə açıq söyləyir."Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı". Oradakı öldürülən adam hz.İsa (ə.s)-ı satan (ixbar edən) xain adam Yahuda İskariyot idi. "Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər". Yəni əmin deyildilər. "Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar". Allah (c.c), hz.İsa (ə.s)-ı öldürmədilər, deyir. "Onu qəti olaraq öldürmədilər". "Makatəluhu", yəni qətl etmədilər.158-ci ayə: "Xeyr, Allah onu öz dərgahına yüksəltdi. (öz dərgahına götürdü).  "Allah üstün və güclüdür, hökm və hikmət sahibidir".

159-cu ayə: Allah "And olsun" deyir, Allah and içir: "Kitab əhlindən"―xristian və yəhudilərdən "ölmədən əvvəl ona inanmayacaq heç kim yoxdur". Yəni hamısı iman edəcək. Bu necə ola bilər? Dünya hakimiyyəti ilə olacaq. Hər kəs onu görər: xristianlar, əhli kitab, hamısı iman edər. İman etmiş olaraq öldüklərində ayənin mənası dəqiqləşir. "Qiyamət günü o da onların əleyhinə şəhadət verəcək". Yəni şahid olacaq, inşaAllah.

 

Share This Video


Download

  
Report form