Adnan Oktar: 27: "Firon dedi: "Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!" Fikrincə haşa hörmətdən salmağa çalışır baş edə bilməyincə. Deməli, orada İsrail oğullarından da bir birlik var, izdiham var ki, onlara xitab edir. Çünki öz adamları olsa elə deməz. "Sözsüz ki, dəlidir!" Demək ki, Mehdilərə, Peyğəmbərlərə dəli deyilməsi küfr əhlinin bir xüsusiyyətidir. 28: "Musa dedi: “Əgər anlayırsınızsa" bütün məsələ ağılı işlətməkdir. Ağlını yaxşı işlətmədiklərini söyləyir. "Bilin ki, O, şərqin, qərbin və bunların arasında olan hər şeyin Rəbbidir!" Onlar şərqin Rəbbi, qərbin Rəbbi deyə ayırmışlar. Təfərrüat da verir "hər şeyin Rəbbidir" -deyir. Amma ağlınızı işlədə bilirsinizsə deyir. "Firon dedi: "And olsun,"" andla danışır, "məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!" Bu ana qədər Dəccaliyyət həmişə müsəlmanları həbslə qorxutmuşdur. 30: "Musa dedi: "Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?"" Məsələn, Darvinizmə, materializmə qarşı dəlil qoyuruq. Adam, səni məktəbə qoymayacağıq, cibinə müsəllət olacağam deyir. Bax nə deyir? "Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?" Açıq-aşkar dəlil gətirsəm necə? 31: "Firon dedi: "Əgər doğru danışanlardansansa, göstər onu!"" Gətir dəlili görüm deyir. Demokratik davranır adam. İndikilər icazə vermirlər, deyilmi? 32: "Musa əsasını yerə atınca". Deməli əsa mühüm bir dəlildir. Əsa İslamda əhəmiyyətli dəlil mahiyyətini həmişə mühafizə etmişdir. Məsələn Şeyx Nazim Adil əl-Kıbrısi həzrətlərinin öz istifadə etdiyi əsasını mənə verməsi, Məhəmməd Raşit Erol həzrətlərinə aid əsanın yenə mənə göndərilməsi bir lütf və bir nemətdir. Əsanın simvolik mənası böyükdür, çox əhəmiyyətlidir. "O dərhal dönüb açıq-aşkar bir əjdəhaya çevrildi". İndi məndəki əsa həqiqətən bir əjdaha kimi oldu. Çox canlarını incidir, çox sıxıntıya düşürlər. Nəticədə gül ağacından hazırlanmış bir şeydir amma mənəvi, simvolik mənası münafiqlərin çox canını incidir. "33: Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu". Ağ əl (işıqlı), massonluqda da bir simvoldur. İlan da massonluqda bir simvoldur. Bu onlarda çox şey ifadə edər. Firon da o dövrün massonudur. Başa çıxa bilmədiyinə görə "34: Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!" 35: "O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?" Açıq-aşkar yalan danışır. "Məni burax qardaşlarımla, mən çıxıb gedim" -deyir. Sənə bir şey demir ki, sən qal deyir. Vətəndaşlarınla sən qal, torpağın, malın, mülkün sənin olsun, mən bir şey istəmirəm deyir. Yalnız mən və qardaşlarım biz getmək istəyirik, bizə icazə ver deyir. O dövrdəki “dərin dövlət” xaraktersizliyini göstərməsi baxımından saxtakarlıq edir: "O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir", hipnoz edir, sizə təsir edir. Amma dövlətə, sizin malınıza, mülkünüzə hakim olmaq istəyir, sizi buradan çıxarmaq istəyir deyir. Sən deyilsənmi onlara iztirab çəkdirən? " Nə buyurarsınız?" Baxın, xalqı təhrik edir ki, əleyhində danışsınlar. Hz. Musa (ə.s.)- ın əleyhində danışmasını istəyirlər. Çünki susmuş adamlar məlum məsələdir. Aydın olur, tək qalmış davamlı xalqı qızışdırmağa çalışır o zamanın o qızışdırıcı mətbuatın təsiri olmadıqda -bu ankı bəzi mətbuat orqanlarının təsiri kimi- ictimaiyyəti ayağa qaldırmaq üçün, kütləyə yönəlmiş, bir qisim mətbuat, bu ankı təsiri etməyə çalışır. Bir qisim radio və televiziyaların etdiyi təsiri etməyə çalışır. Qızışdırma vəzifəsini yerinə yetirir. 36: "Onlar dedilər: "Onu qardaşı ilə bir qədər gözlət". Baxın adını da söyləmirlər, onu və qardaşını. Nəzarət altında saxlamağa apar, mühafizə altına al deyirlər. "Və şəhərlərə adam yığanlar göndər". O dövrdə mətbuat olmadığı üçün, ancaq xalqı yığaraq təbliğat apara bilirlər. 37: "bütün bilikli sehrbazları sənin yanına gətirsinlər". Bütün mütəxəssis elm adamlarını gətirsinlər deyirlər. Onsuz da mövzu yaradılışdır. O zaman ki Darvinist, materialist düşüncə ilə, yaradılışın müzakirəsi var orada. Çağırılanlar da onsuz da mütəxəssis və alimlərdir deyir. 38: "Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar". Xalqın ən çox diqqətini çəkəcəyi bir mühitdə. 39: "Camaata deyildi: "Siz də yığışırsınızmı?"" Bu anda televiziyadan, insanlar seyr etdiyi üçün, o zaman ki imkanlarla müqayisə etdiyimizdə, eyni təsiri yaratmaq üçün insanları toplamağın xaricində bir yol yoxdur. Ancaq birliyə xitab edə bilir. Xalq "40: Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq" -deyir. Belə olsa elm adamları "biz də cadugərlərə tabe olarıq" oradakı adamlara tabe olarıq deyirlər. Demək ki, xalq ağıllı, mədəni, məlumatlı insanların rəftarına görə hərəkət edir. Elmi tərəfdən, ağıl cəhət