Şüəra surəsi, 37-68-ci ayələrin təfsiri

A9 TV 2013-12-06

Views 27

ADNAN OKTAR: Yenə Şüəra surəsi. "Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq. " deyir. İndi Darvinistlərlə hz. Musa (ə.s) qarşı-qarşıya gəlir, o zamanın Darvinist və materialistləriylə. " Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq." Bu ayədən əvvəlki ayədən oxuyum, oradan daha dəqiq aydın olsun. 38- ci ayə. "Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar." Yalnız bu cadugərlərin bir xüsusiyyəti var, 37- ci ayə bunu açıqlayır. " bütün bilikli sehrbazları sənin yanına gətirsinlər." Bilikli, elm adamı sehrbazlar amma insanların beynini elmi sözlərlə, fəlsəfi sözlərlə, fənn və fəlsəfi görünüş altında cadulayırlar. Adam deyir ki, "elmi danışır, bilikli danışır, elmlə danışır, bu səbəbdən doğru danışır" deyir. Ona cadu etmiş olur. " Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar." Bu elm adamları, cadugər elm adamları. " Camaata deyildi: Siz də yığışırsınızmı? Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq." "Yəni" elm adamı kimi göstərdilən bu cadugərlərə biz də itaət edəcəyik "deyirlər, əgər qalib gəlsələr. " Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”" İndi də bir çox müsəlman pul qarşılığı İslama xidmət edir. Qarşı tərəf də yenə, dəccaliyyət tərəfdarları da yenə pul qarşılığında edirlər. Yəni Allah rizası üçün edilməsinin əhəmiyyətinə Quran diqqət çəkir. " Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm." İndi bu dövrdə, iki şey, insanların üzərində dayandıqları mövzu; bir pul, bir də əhatə dairəsin genişləndirmək. Ətrafını genişləndirdisə deməli orada mənfəət əldə edə bilər, başqa bir şey ala bilər, mənfəət təmin edə, ticarət edilə bilər. Məsələn Müsəlmanlarla danışanda deyirlər: "nə üçün görüşmək istəyirik?" "Söhbət edək" deyirik, "bir araya gələk." "Bir çıxar varmı, nə üçün toplanacağıq?" deyirlər. Deyirik "biz Allah rizası üçün toplanacağıq. Qardaşıq, bir-birimizi sevdiyimiz üçün. Peyğəmbərimiz (s.ə.v)- in sünnəsi, Allahın da əmri, Müsəlmanlar bir-birini sevər. Dost söhbəti, məhəbbəti. "Elə olmaz, o şəkildə görüşmərik" deyir. "Yəni bir mənfəət olacaqsa, bir əlaqə olacaqsa, məsələn bizim televizorumuza pul verəcəksiniz, şirkətimizə pul verəcəksiniz və ya bizə bir mənfəət olacaqsa yaxud bir sahədə ortaq olmaq istəyiriksə bir şeydə, elə isə görüşək, yoxsa niyə görüşürük ki?" deyir. Quran ona diqqət çəkir, o zehniyyətdə olanlara. Firon zehniyyəti belə. "" Bəli "dedi. "Üstəlik şübhəsiz ki, siz ən yaxın (larım) olanlardan olacaqsınız. " Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!" Yəni əlinizdəki dəlilləri atın, ortaya atın. "Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər." O zamankı and küfrə bir and, Allah adına and yox, Firon adına and var. Halbuki and Allah adına olar, deyilmi? O zaman ki and; Allahın adı xatırlanmayan, küfrə içilən bir and sistemi var. "İplərini və əsalarını," ip atdıqlarında ilan kimi görünür, artıq bir sistem qurmuşlar. Əsaları da təbii çox əcaib, məsələn bu anda belə belə bir texnologiya yox, çox çətindir. Yəni bir əsanı atdığında ilan kimi görünməsi, ilan kimi hərəkət edib getməsi çox çətindir. Yəni fövqəladə bir texnika işlətdikləri aydın olur, primitiv texnikayla bu olmaz. “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər." Beləliklə Musa əsasını atdı və bir də (nə görsünlər) o, uydurmaqda olduqlarını udur. " Yəni o iplikdən, parçadan yaxud necə düzəltdilərsə, bir də ağacdan olan, ilan kimi görünən o əsa, maddələrin hamısını udmağa başlayır. "Sehrbazlar səcdəyə qapandılar" Yəni deməli adamlar hazırlarmış, şübhə edirlərmiş ki " dərhal" deyir, yəni dərhal iman etmişlər. " və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –Musanın və Harunun Rəbbinə!" "Bu çox əhəmiyyətli. Quranın təsvir etdiyi Allaha iman etmək çox əhəmiyyətlidir. Məsələn adam bir Allah tərif edər, o Allah deyil, başqa bir şeyi təsvir edər. Ona görə də Peyğəmbərlərin təsvir etdiyi Allaha iman çox əhəmiyyətlidir. Onlarda nə deyir? Musanın və Harunun Rəbbinə. " Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz?" Rəsmi ideoloji qərardır, bilirsiniz. "Mənim bir inancım var" deyər, "bunu qəbul edəcəksiniz." Elə isə rəsmi ideologiyası nə? Fironun düşüncəsi. "Bunu qəbul edəcəksiniz" deyir. Yəni vətəndaşın nəyə inanacağını yuxarıdakılar qərar verir, vətəndaş öz qərarını verə bilmir. Rəsmi ideologiya qərar verir. "Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür." O cadugərlərə də, oraya gələn alimlərə də "öyrətdi" deyirlər, o udma hadisəsi

Share This Video


Download

  
Report form