Vaqiə surəsi, 27-35-37-17-20-22-26 ayələrinin təfsiri

A9 TV 2014-10-01

Views 2

 

Hörmətli Adnan Oktarın 23 yanvar 2013-cü ildəki söhbətindən Vaqiə surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: İndi Vaqiə surəsi 56-cı ayəni oxuyum, sonra davam edərik inşaAllah. Şeytandan Allaha sığınıram.

27-"Əshabı-And", nə müqəddəsdir o "Əshabı-And" deyir Allah.

28-Dolu budaqları bükülmüş albalı ağacları". Cənnətdə cənnət albalıları var, ağaclar həmişə doludur. Yəni albalının olması üçün gözləmirsən. Mövsümlər, yəni yarpaqlaşması, çiçək açması, elə bir şey yoxdur, həmişə budaqları sallanmış, dolmuş, onun ağırlığıyla budaqları aşağıya doğru insanlara yaxınlaşdırılmış halda dayanır, gözlərə xoş görünən bir mənzərədir.

29-"Üst-üstə düzülmüş meyvələri sallanmış banan ağacları". Onlar da sallanmış vəziyyətdədir. Yəni dərmək asan olsun deyə elədir. Çünki insanların meyvənin çoxluğundan sallanması xoşuna gəlir. Hündür budaqda deyil, meyvənin çoxluğundan aşağı doğru sallanması onlarda daha çox zövq yaratdığı üçün, Allah ona diqqət çəkib.

30-"Yayılıb, uzanmış kölgələr". Çox yayılmış, geniş kölgələr. Çünki insanlar günəşdən narahat olduqları üçün, Allah axirətdə kölgəlik salır cənnətdə. Kölgəlik. Uzanmış, yəni çox geniş kölgəliklər.

31-"Dayanmadan axan su". Qışda sular donur, yaxud azalır, bilirsiniz. Baharda coşur, bəzən azalır, amma həmişə suyun kəsilməsi təhlükəsi vardır. Cənnət çaylarında, su heç kəsilməz, sonsuza qədər axar. Yəni bir çayın quruması, məsələn əlli il, yüz il çəkər, amma bəzən azalır, bəzən çoxalar, bəzən tamamilə yatağında quruyar, elə deyilmi? Baxın deyir ki: "Dayanmadan axan sular".

32-"Və bir çox meyvələr arasında". Bilinməyən meyvələr, daha yeni-yeni meyvələr.

33-"Kəsilib-əksilməyən və qadağan edilməyən meyvələr". Hamısı halal, yəni sonu gəlmir. Kəsilmir, əksilmir. Məsələn, bir ağac, alma ağacı olur; ağac silkələndikdən, meyvəsi dərildikdən sonra o ağacın görünüşü insanı narahat edər. Çünki budağında heç bir meyvə yoxdur. Yaz mövsümündəsən, yaxud payıza girmisən, lakin budağında meyvə qalmayıb. Bomboşdur. O ağac insanın xoşuna gəlməz. Həmişə dolu görmək istəyər insan elə deyilmi? Həmişə dolu görmək istəyər. Onun üçün bax deyir ki, Allah: "Kəsilib-əksilməyən və qadağan edilməyən meyvələr".

Halal və özünə aiddir. Yəni bir başqasının bağçasına girə bilməzsən. Məsələn, meyvə bağçası vardır, amma başqasına aiddir, dərə bilmirsən, dərə bilməzsən. Payızı insanların çoxu istəməz. Çünki meyvələrin hamısı bitir. Məsələn, pomidor açır, alma açır, amma onu budağında görmək məsələdir. Çox qısa bir müddət açır. Əvvəl onsuz da yaşıl olur, kal olur, onun o qədər bir faydası yoxdur. Yetişdiyində də dərhal tökülməyə başlayır. Halbuki, ən əhəmiyyətli yeri yetişmiş halda budağında dayanmasıdır. Cənnətdə həmişə yetişmiş halda budaqda, sonsuza qədər dayanır. Dərdiyin an dərmədiyini görürsən. Yəni normalda dərəndə yerində olmaması lazımdır. Yenə dayanır, yenə qoparırsan, yenə dayanır.

34-"Yüksəklərdə salınmış döşəklər". Yüksəklərdə döşək salınmasının səbəbi, bütün mənzərəyə hakim olması, cənnətin mənzərəsinə hakim olmasıdır. Geniş cənnət düzənliklərini, cənnət evlərini yüksəkdən quş baxışı görür o zaman.

35-"Həqiqət budur ki, Biz onları yeni bir nizamla inşa edib yaratdıq". Yəni yeni bir yaradılışları var. Məsələn, daxili orqanları yoxdur. Bədənin içərisində qan yoxdur. Qan olmadan yaşayır. Yəni bizim bildiyimiz tərzdə deyil. Onun üçün Allah: "Yeni bir nizamla yaratdıq" deyir. İstiqanlı, yəni bədəni istidir, amma qan yoxdur, daxili orqanları yoxdur. Ürək var, amma həyəcanını ifadə etmək üçün ürək var. Yəni qan vuran bir ürək yoxdur.

37-"Ərlərinə sevgi ilə bağlı, coşğulu sevgi vardır və həmişə həmyaşıddırlar". Onsuz da cənnətdə bir yaş var, hər kəs eyni yaşdadır. Yəni təxminən 33 yaş kimi bir yaşdır. Amma 33 yaşda indi dünyada bir az yaşlılıq olur hər halda. Yəni ən gənc və canlı halını düşünün insanın, o şəkildə.

17-"Ətraflarında ölümsüzlüyə qovuşmuş gənclər gəzib-dolaşacaq". Qılmanlar xidmət edirlər. Nimçə gətirirlər, yemək gətirirlər, səhənglərdə içki gətirirlər. Çağırırsan, adıyla çağırırsan, hər kəs hər kəsi tanıyır, məsələn bura bunu gətir, bura bunu apar. Çox zərif geyinmiş gənclər xidmət edirlər, qılmanlar.

18-"Qaynağından doldurulmuş piyalələr, kuzələr və qədəhlər". Qılmanlar gedirlər, oradan cənnət bulaqlarından doldururlar. Məsələn, süd və yaxud cənnət içkisi nədirsə, cənnət şərabı. "Qaynağından doldurulmuş piyalələr". Səhəngə doldururlar, kuzələrə doldururlar. Qədəhlərlə gəlib, qabdan, səhəngdən doldurub, oradan xidmət edirlər. Amma gedib əvvəl qaynağından doldururlar. O insanın xoşuna gəlir. Göndərir qılmanları, gedirlər, qaynağından doldurur əvvəl, sonra səhənglə gəlir, gəldiyi yerdə orada səhənglə xidmət edir. Bardaqlara doldurub, orada xidmətini edir.

19-"Ki, bundan nə başları ağrıyar, nə də özlərindən gedib ağıllarını itirərlər. Yəni spirtin insanda yaratdığı anormallıq, bu içkidə olmur. Yeni b

Share This Video


Download

  
Report form