Hörmətli Adnan Oktarın 26 dekabr 2010-ci il tarixli reportajından Məryəm surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Məryəm surəsi. Bildiyiniz kimi Allah həzrəti Məryəmi bütün qadınlardan üstün etdi.
Şeytandan Allaha sığınıram. "(İsa) Dedi: "Həqiqətən də, mən Allahın quluyam". Yəni ilah deyiləm deyir. "Mən Allahın quluyam. (Allah) Mənə kitabı verdi və məni peyğəmbər etdi". Əbcədi 1410-cu, 1412-ci və 1462-ci illəri verir. İnşaAllah. "Harada oluramsa olum", istər üçüncü, istərsə də dördüncü ölçüdə olsun "məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi vəsiyyət (əmr) etdi. Həmçinin anama itaət etməyi də. Məni bədbəxt bir zalım etmədi. Salam üzərimədir!. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də". Ayənin əbcədi 1987-ci, 2007-ci və 2057-ci illəri verir. 1987, 2007 və 2057. "Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! Allaha övlad götürmək yaraşmaz. O, pak və müq