Nisa surəsi, 106-113-cü ayələrinin təfsiri

A9 TV 2014-09-27

Views 35

Hörmətli Adnan Oktarın 20 sentyabr 2013-cü il tarixli söhbətindən Nisa surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Nisa surəsi, 106-cı ayədən sonrakı ayələri oxumanı xahiş edirəm.

DAMLA PAMİR:  Şeytandan Allaha sığınıram.  "Və Allahdan bağışlanma dilə. Həqiqətən Allah, bağışlayandır, əsirgəyəndir." 

ADNAN OKTAR:  "Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!"  Mömin səhv edəndə Allahdan bağışlanma diləməlidir. Allah bunu bəyənir. Allahın sevdiyi bir rəftardır, Allahın razılığını axtaran:  "Ya Rəbbi məni bağışla, məni əfv et. Əstağfirullah, əstağfirullah." -deməlidir.  Allah, bunu bir gözəllik olaraq görür.

DAMLA PAMİR:  "Öz nəfsinə xəyanət edən şəxslərə görə mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!" 

ADNAN OKTAR: Adam nalayiq, səhv hərəkətlər edirsə, gözəl də olsa, təsiredici də olsa müxtəlif nemətlər olan bir xüsusiyyəti də olsa, onu müdafiə etmək olmaz. Elə nalayiq, səhv hərəkət edən adamı tənqid etmək və doğrusunu demək lazımdır. Bəli.

DAMLA PAMİR:  "Onlar (öz günahlarını) insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki, onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir." 

ADNAN OKTAR: İndi cümlə-cümlə oxu baxım.

DAMLA PAMİR:  "Onlar, insanlardan gizlədir, Allahdan isə gizləyə bilməzlər" 

ADNAN OKTAR: Yəni ürəyindəkini, eqoist, tərs, səmimiyyətsizliyini büruzə vermir. Amma, Allahın bilməyəcəyini zənn edir, halbuki yaradan Allahdır. Allah çox yaxşı bilir. Allah ondan intiqam alacağını bildirir. Amma insan görməyə bilər, əxlaqsızlığını, zalımlığını, eqoistliyini, qürurunu, tərsliyini insanlardan gizləyə bilər, amma əlbəttə ki,  "Allahdan gizləyə bilməzlər". 

DAMLA PAMİR:  "Halbuki, onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə dedikləri vaxt belə, O, onların yanında olur." 

ADNAN OKTAR: Ümumiyyətlə, pislik edənlər gecələri plan qurarlar, Quranda həmişə buna diqqət çəkilir. Gündüz deyil, niyə məhz gecə? Çünki, gecələr pislik etmələri Allahın hikmətidir, bir möcüzədir. Müsəlmanlara gecələr plan qurarlar. Halbuki, o planın hamısı Allaha aiddir. Əleyhdarını da Allah yaradır. O da, həqiqətən bir şey edə biləcəyini, müstəqil etdiyini, Allahdan kənar etdiyini zənn edir. Halbuki, Allahdan ayrı heç cürə edə bilməz. Mümkün deyil. Allahdan ayrı bir millimetr, santimetr hərəkət edə bilməz. Bəli.

DAMLA PAMİR:  "Allah onların nə etdiklərini əhatə edir." 

ADNAN OKTAR: Əhatə edən nə deməkdir? Hər şeyi bilir deməkdir. Onun nə etdiyini və nə edəcəyini, danışdığını və danışacağını, o danışılana necə cavab verəcəyini, hamısını Allah yaradır. Bəli.

DAMLA PAMİR: "B ax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə edirsiniz." 

ADNAN OKTAR: İnsanlar bəzən nalayiq, tərs, əxlaqsız, vicdansız insanları mənfəət məqsədilə müdafiə edərlər. Onlara söz dedizdirməzlər. "Aman toxunma, əl vurma" kimi onu himayəçiliklə qorumağa çalışarlar. Halbuki, həyasızlıq, əxlaqsızlıq edirsə, mütləq müdaxilə etmək, xəbərdar etmək lazımdır. "Aman belə olar, aman elə olar" deyə bir məntiq olmamalıdır. Bəli.

DAMLA PAMİR:  "Bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək?" 

ADNAN OKTAR: Əlbəttə ki, (bu dünyada) insan qurtarsa belə, Allah "məndən xilas ola bilməz" deyir. Allah: "Elə tipləri əzərəm, məhv edərəm, çıxılmaz vəziyyətə salaram, cəhənnəmə ataram"-deyir. Cəhənnəmə girərsə onsuz da məhv olar. Allah qorusun. Ondan ötrü qurtardım deyib sevinmək yersizdir. Zalımı, qəddarı, eqoisti, əxlaqsızı mütləq elmlə, mədəniyyətlə, ağılla xəbərdar etmək və onu zərərsiz hala gətirməyə çalışmaq lazımdır. Bəli.

DAMLA PAMİR:   "və yaxud onlara kim vəkil olacaq (kim qoruyacaq)?" 

ADNAN OKTAR: Heç kim onu qurtara bilməz. Allah: "Vəkil olaraq onu kimsə qurtara da bilməz. Heç kim onu Mənim əlimdən qurtara bilməz."-deyir. Bəli.

 

DAMLA PAMİR:  "Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər­." 

ADNAN OKTAR: Allah, məhz dürüstcəsinə səhvini başa düşüb, əxlaqsızlığını, vicdansızlığını qəbul edib etiraf edəni, bunlardan imtina edəni (səhvini təkrarlamayan), bağışlayacağını bildirir. Allah bağışlasa, qul onsuz da cəzalandırma haqqına sahib deyil, bağışlamaq qulun borcudur. Allahın bağışladığı şeyi, qul necə mən bağışlamadığını deyər? inşaAllah. Bəli.

DAMLA PAMİR:  "Kim bir günah qazansa, o ancaq öz nəfsi əleyhində onu qazanmışdır." 

ADNAN OKTAR: Yəni, Allah, yalnız öz əleyhinə zərər etmiş olduqlarını bildirir. Buna sevinməsinə ehtiyac yoxdur, bir pislik, alçaqlıq edəndə, özünə günah qazanmış olar

Share This Video


Download

  
Report form