Nisa surəsi, 70-72, 77-ci ayələrinin Təfsiri

A9 TV 2014-05-31

Views 1

Hörmətli Adnan Oktarın 18 dekabr, 2013-cü il tarixli söhbətindən Nisa surəsi ilə əlaqəli şərhləri.

ADNAN OKTAR: Allah Nisa surəsi 70-ci ayədə buyurur: "Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər. Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, (düşmənə qarşı) ya bölüklərlə, ya da hamınız birgə çıxın." Bax, Allah bütün iman edənlərə xitab edir. Mübarizə edərkən, islamı izah edərkən,müdafiə edərkən ya bölüklərlə, ya da hamınız birgə çıxın. İslam Birliyinin fərziyyətinə bir dəlildir. Bütün islam aləmi hamısı birlikdə hərəkət etməlidirlər. Allah Nisa surəsi 72-ci ayədə deyir:  "İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar" deyir. Belə çox insan vardır. "Necə olsa, vaxt var" deyə özünü yubadar. "Və sizə bir müsibət üz versə" bir çətinlik, bir ağrı-acı, çətin bir vəziyyət üz versə. "Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyər." Yəni "onların içində olsaydım, kim bilir, başıma bəla gələrdi, amma hal-hazırda necə də rahat və dincəm, yaxşıyam" deyər. Halbuki, risk müsəlmanın ayrılmaz bir parçasıdır. Müsəlman dünyada imtahan verərkən, həmişə bəlayla imtahan verər. Bəladan qaçmaz, bəlanın içində olar. Bəla nə deməkdir? İslamı müdafiə edərkən hər cür riski gözə almaqdır. Təbii ki, qanuna, hüquqa uyğun olmaq şərtiylə. Hər cür çətinliyin içində olmaqdır. Çünki riski gözə almayan mübarizə apara bilməz.  Darvinistlər nə deyir? "Aman, darvinizmi izah etməyək." Materialistlər nə deyir? "Materializmi tənqid etməyək, olmaz." "Hz. Mehdi (ə.s)-dan bəhs etməyək. Min bir müxtəlif insan qarşı çıxar. Səhv başa düşülərik." Olmaz, izah etməlisən. "İsa Məsihin enişini izah etməyək" deyə bir çox adam etiraz edər. Bir çox adam səhv anlayar. Olmaz izah etməlisən. "İslam Birliyindən bəhs etməyək, fitnə çıxar. Orada- burada söz edən olar." Qardaşım, sən Allahın hökmünü açıqlayırsan. Qorxma, Allah səni qoruyar. Allaha veriləcək bir can borcun var. Bax, Allah deyir ki: "Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular"  İslam Birliyini izah edə bilmir, söyləyə bilmir, mehdiyyəti, hz. İsa Məsih (ə.s)-ın enişini izah edə bilmir, qorxur. Qorxudan da ayəni inkar edir. Deyir ki, "Allah belə bir şey demir" deyir. Səhih hədisləri də inkar edir. "Belə bir şey yoxdur" deyir. Bax "Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər." Hz. Mehdi (ə.s)-ın, İsa Məsihin çıxışına hələ var, təxirə salar. İslam  Birliyinə hələ var, təxirə salaq. Niyə? Çünki bəlalı olduğunu görür. Təxirə salacaq ki, xilas olsun. Hətta qiyaməti də təxirə salmağa cəhd edirlər. Bədiüzzaman "1545-ci il" deyir. "Xeyr. Ən az 300 il var" deyirlər. Və yaxud "minlərlə il var" deyirlər. "Mən Nur tələbəsiyəm" deyir. Bədiüzzamanın ifadəsi açıqdır, hədislərin hökmü açıqdır. Özünü anlamazlığa vurur. Təbii ki, hər an da qopa bilər. Peyğəmbərimiz (s.ə.v) zamanında da ona ayə enir. Peyğəmbərimiz (s.ə.v) deyir ki: "qiyamət hər an qopa bilər".  Bu nə deməkdir? Yəni "sənin peyğəmbərliyin davam edərkən qiyaməti qopara bilərəm" deyir Allah. Qiyamətdən hər an qorxular bu ayrıdır, amma əlamətləri də vardır. Amma Allah qiyamətin əlamətlərini də dinləmədən qopara bilər. Allahn qiyaməti qoparması üçün  əlamətlərə ehtiyac yoxdur. Birbaşa qopara bilər. De: “Dünyanın ləzzəti azdır.” Mənfəəti azdır. Nə olacaq? Ən çox yemək yeyərsən, ondan da xolesterolu çıxır. Yaxud kilo alırlar. Onu da yeyə bilmir. Dünyada edəcəyin başqa nə var? "Gəzirəm" deyir. Gəz gəzə bildiyin qədər. Həmişə ölümlü insanları görərsən, ölümlü quşları görərsən, ölümlü dağılacaq binaları görərsən. Gördüyümüz hər bina, kainat dağılacaq. "Müttəqilər üçün isə axirət daha xeyirlidir." Çünki Allahın əsl istəyi budur. "Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz.” Nə gözəldir. Bax, Allah" axirətdə sizə çox ədalətlə davranacağam" deyir.

Share This Video


Download

  
Report form