Yunis surəsi,, 90-92 və 100-101-ci ayələrinin təfsiri

A9 TV 2014-06-17

Views 44

Hörmətli Adnan Oktarın 22 oktyabr 2013-ci il tarixli söhbətindən Yunis surəsi ilə əlaqədar şərhləri.

Adnan Oktar: “Allahın icazəsi olmadan heç kim iman gətirə bilməz” (Yunis surəsi, 100). Məsələn, bu Allahın bir ledün elmidir. “Mən əmr etsəm iman edərlər, əmr etməsəm də iman etməzlər. Mən iman edənləri cənnətə, iman etməyənləri isə cəhənnəmə daxil edəcəyəm”-deyir Allah. Bu, ledün elmidir. “De: “Görün göylərdə və yerdə nələr var.” Yəni, mikroskopla, teleskopla və hər şeylə baxmalısan. “Allah yeri və göyü bütün təfərrüatı ilə araşdırın”-deyir. “Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir.” Allah, araşdırdığınız zaman ayələr (dəlillər) görəcəklərini deyir. “Molekulların və atomların quruluşunda, səmada, bir sözlə hər yerdə açıq-aşkar ayələrimi görəcəksiniz”-deyir. Allah, ayələrin gizli olduğunu demir, açıq-aşkar olduğunu deyir, çünki açıq şəkildə görünür. Məsələn, paleontoloji dəlillər, hüceyrənin, sinirlərin və vakuolların quruluşları (içi hüceyrə suyu ilə dolu olan boşluq), bir sözlə hər şey açıq-aşkar ortadadır. Hər yerdə insan heyrət içində qalır və nəfəsi kəsilir. Allah məhz buna görə “açıq-aşkar ayələr, açıq-aşkar dəlillərdir” deyir. Yəni, “dəqiq görə bilərsiniz və (digərlərini də) xəbərdar edin” deyir. Məsələn, biz, gecə-gündüz televiziyada danışırıq, amma iman etməyən bir camaata heç bir fayda verməz. Allah Təala: “Əgər Mən, iman etməyəcəksiniz deyə əmr etmişəmsə, danışsan da heç bir faydası olmaz”-deyir. Mütləq, Allahın ruhunu daşıyan, açıq şüurlu, hidayət əhli olan bir varlıq olmalıdır. Yoxsa sən nə qədər danışsan da heç bir faydası olmaz. Şeytandan Allaha sığınıram: “Sonda Firon belə dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!” Yəni, peyğəmbərlərin, hz. Musa (ə.s)-ın tərif etdiyi Allahı və dini qəbul etdiyini bildirdi. Allah dedi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.” Yəni, “dəfələrlə inkar etmisən, bir, iki, üç, beş dəfə deyil və fəsad törədənlərdən olmuşdun. Həddindən artıq təxribatlar törətdin”. “Bu gün sənin bədənini xilas edəcəyik ki, səndən sonra gələnlərə ibrət olasan”-deyir Allah. Amma, bu da bir ayədir-deyir. Yəni, onun cəsədi də Allahdan bir ayə və dəlil olaraq qiyamətə qədər mumiyalanmış vəziyyətdə qalacaqdır. Diqqət yetirsək, Allah ona ayə olduğunu bildirir. Beləliklə, Allahı isbat edən bütün elmi dəlillər və Quranı açıqlayan hər bir dəlil bir ayədir. “Bu gün sənin bədənini xilas edəcəyik ki, səndən sonra gələnlərə ibrət olasan.” Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.”-deyir Allah. Bəs niyə belədir? Çünki, Allah o cür əmr edir, yəni “iman gətirməyəcəksiniz” deyir və onlar da Allahın əmrinə tabe olaraq iman gətirmirlər. “Siz iman gətirəcəksiniz” deyəndə isə, iman edərlər. Məsələn, Allah Təala hz. Mehdi (ə.s)-a: “iman gətirəcək və müsəlmanların başına keçib onların lideri olacaqsan”-deyir. Hz. İsa (ə.s)-a isə: “Mehdiyə kömək edəcəksən və xristian aləminin başına keçəcəksən”-deyir. Allah: “Bunun əks təqdiri ola bilməz və dəccalları sizə qarşı çıxardacam (sizi narahat edəcəklər)”-deyir. Dəccallar isə mən dəccallıq etmək istəmirəm deyə bilməyəcək və mütləq ona buyrulanı edər. Məsələn, Allah “sizlər münafiq olacaq və Mehdiyə qarşı mübarizə aparacaqsınız” desə, onlar “biz bunu etmək istəmirik” deyə bilməzlər. Hz. İsa (ə.s)-ın tələbələrinin arasından da münafiqlər çıxacaqdır. Allah onlara münafiq olacaqlarını deyir və hamısı, bir-bir münafiq olur. “Sizi cəhənnəmə atacam” deyir və cəhənnəmə atır. Bu nə deməkdir? -deyəcəksiniz. Budur, bu ledün elmi, yəni gizli elmdir. Daha da dərinə getsək, tam fərqli bir aləmlə qarşılaşarıq, əlbəttə ki, biz də dərinə getmirik. Amma biz hərdənbir kifayət qədər işarəli olaraq izah etdiyimizə görə, başa düşənlər artıq anladılar. Çox açıq, başa düşüləcək şəkildə şərh etdim, başa düşülməyəcək, qaranlıq bir şey qalmadı, inşaAllah. Çünki hər mübariz adamın münafiqi, başının içində yaradılır. Xaricdəki bədəninin necə olduğunu bilməzsiniz. Siz ancaq göstərilənləri görə bilərsiniz. Məsələn, sizin beyninizdəki uşaq ölər, amma beyninizdən kənarda olan uşağı bilə bilməzsiniz. Bu Allahın elmidir. Ledün elmi, yəni gizli elmdir.

Share This Video


Download

  
Report form