Hörmətli Adnan Oktarın 13 fevral 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar açıqlamalar.
ADNAN OKTAR: "Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər:) "Budurmu Allahın elçi göndərdiyi kəs?" Axırzamanda nə deyəcəklər? "Allahın göndərdiyi hz. Mehdi (ə.s) budurmu? Hz. İsa Məsih (ə.s) budurmu?" deyə lağ etməyə başlayacaqlar bəzi axmaqlar, belə rəftar göstərəcəklər. "Əgər biz tanrılarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o, bizi onlardan uzaqlaşdıracaqdı." "Az qala o, bizi onlardan uzaqlaşdıracaqdı" deyirlər. "Onlar əzabı gördükləri zaman kimin (haqq) yoldan daha çox azdığını anlayacaqlar." Çünki peyğəmbərlərə azğın deyirlər, hz. Mehdi (ə.s)-a da azğın deyəcəklər. Allah qorusun. Allah "kimin azğın olduğunu göstərəcəyəm Mən axirətdə" deyir. "Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü?" deyir Allah. Bunlar maraqlı bir hadisə olduğu üçün. "Sən ona vəkillikmi edəcəksən?" Yəni "onlara təsir etmək mümkün olmaz" deyir Allah. "Mən onları elə yaratdım" deyir. Onun üçün möminin ürəyi rahat olacaq. Onun üçün vicdan əzabı çəkməyəcək, gərginliyə düşməyəcək, narahat olmayacaq. Təvəkküllü olacaq. "Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur." Hz. Mehdi (ə.s) çıxmadan əvvəl əlamətlər öndən gəlir, deyilmi? Ayə nə deyir, bax: "Öz mərhəməti önündə."Rəhmət gəlmədən əvvəl, yəni hz. Mehdi (ə.s)-a işarə var eyni zamanda. Təbii ki, ilk mənası yağış mənasındadır, amma işarəli mənasını söyləyirəm. "Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur." Biz də hz. Mehdi (ə.s) müjdəçisiyik. Bədiüzzaman əvvəldən gəlib, hz. Mehdi (ə.s)-ı müjdələyib. "Biz göydən tərtəmiz su endirdik." Göydən su endirən Allah hz. İsa Məsih (ə.s)-ı da endirəcək, inşaAllah. O da tərtəmiz bir su kimidir. "Sular axaraq gəlir" deyir. "Su axmış kimidir üstündən" deyir. "İslaq kimidir saçları, sanki hamamdan çıxmış kimidir" deyir. Saçları quru olduğu halda. "onunla ölü bir diyarı canlandıraq" deyir Allah. Dünyanı da Allah mehdiyyətlə canlandıracaq. hz. İsa Məsih (ə.s)-la canlandıracaq. "Biz düşünüb ibrət alsınlar deyə (o suyu) onların arasında paylaşdırdıq." deyir Allah. Növbənöv. "Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər." Bu gün dünyada olduğu kimi. "(Belə olduqda) sən kafirlərə baş əymə." İndi ayənin nəyə işarə etdiyini göstərir Allah. Mövzu həmişə bir yer doğru gəlir. Ən sonunda deyir ki, ayə, şeytandan Allaha sığınıram: "(Belə olduqda) sən kafirlərə baş əymə." Dəccala itaət etmə, dəccaliyyətə itaət etmə, darvinizmə-materializmə boyun əymə. "Və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!" Nəylə? Quranla. Bir tarixi var, çox qəribə: 1979-cu il. Hz. Mehdi (ə.s)-ın çıxış tarixi yəni, hicri 1400-cü il. Bir tarix verir. Hicri 1979-cu ilin tarixini verir. "(Belə olduqda) sən kafirlərə baş əymə" deyir. Bütün bu ayənin axışının sonunda kimə işarə etdiyini Allah göstərir, inşaAllah. "və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!" Ardınca 53-cü ayədə də deyir ki: "iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur." Yerini də söyləyir Quran bu səfər hz. Mehdi (ə.s)-ın. İki dənizin birləşdiyi yer İstanbul. Bax, deyir ki, sonra, mehdiyyətin işarəsinə bax, diqqət yetirin ayəyə: "Sudan insan yaradan, ona qan qohumları (nəsəb) və sonradan qohum olanları bəxş edən Odur." Bir nəsildən gələn, nəsəb. Hz Mehdi (ə.s)-ın nəsəbi nədir? Rəsulullah (s.ə.v)-in nəsli. Quran ona da işarə edib. "Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir." Dəccalı izah edir. Rəbbinə qarşı şeytana arxa çıxır, şeytana dəstək olur. "Kafir budur" deyir Allah. Yəni, dəccalı izah edir. Ayə yenə israrla mehdiyyətə işarə etməkdə davam edir. 56-cı ayə: "Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik." 1981. Yenə hz. Mehdi (ə.s)-ın çıxış tarixi. 25-ci surə 56-cı ayə. 25 ilə 56-nı vururuq: 1400. Yenə hz. Mehdi (ə.s)-ın tarixini verir. 1980-ci ildə sıx bir ittifaq var. Ayənin siyak və sibakında, ayənin gəlişindən-gedişinə davamlı olaraq mehdiyyətə işarə var. Fasiləsiz olaraq. Və çox dəqiq tarixlərlə. 25-ci surə 56-cı ayə. Vururuq, hicri 1400-cü il edir. Əbcədinə baxırıq: 1981-ci il. Daha əvvəl yenə hz. Mehdi (ə.s)-ın çıxış tarixi, 1980-cı il, 79-80. Və israrla ayə davam edir mehdiyyətə işarə etməyə. Ayədə yenə deyir ki: "De:“Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm.”" Yenə bu Mehdi xüsusiyyətidir. Pulsuz, Allah rizası üçün təbliğ edən bir insandan bəhs edir Allah. "Səmada bürclər qoyan..." Hansı bürclər var? Dolça bürcü var, aslan bürcü var. Axırzamanda indi dolça bürcündəyik, dolça dövründəyik. Hz. İsa Məsih (ə.s)-ın işarə etdiyi Farraklit, 'su səhəngi daşıyan