Hud surəsi, 109-cu ayəsinin təfsiri

A9 TV 2014-01-08

Views 37

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Onların nəyə ibadət etdiklərinə şübhə etmə". Bəzən müsəlmanlar küfrü araşdırdıqlarında şübhəyə düşərlər. Məsələn, adam darvinizmi araşdırır, "görəsən varmı?" deyir. Bu dəfə də "Allah varmı?" düşünərək şübhəyə düşür (haşa). İmanı bir gəlir bir gedir, bir gəlir bir gedir. Müsəlman belə olmaz. Müsəlman bir dəfə iman edər, son nəfəsinə qədər o imanla gedər. İman dəyişməyən bir şeydir. İnkişaf edər, böyüyər. İman mübahisə, müzakirə edilməz. Əvvəlcədən ağıllı, səmimi olaraq iman edərsən. Ekranda ellips şəklində üç ölçülü bir görünüş görürsən. Bu dəlil kifayətdir. Bu Allahın varlığının dəqiq 100% dəlilidir və ikinci bir ehtimal sonsuza qədər də yoxdur, inşaAllah. "Onların nəyə ibadət etdiklərinə şübhə etmə". Şumerlər maddəyə necə ibadət edirdi? “Hər şeyi maddə etdi” deyirdilər. Qədim Misir nə deyirdi? Onlar da "maddə təsadüflər nəticəsində hər şeyi etdi" deyirdilər. Darvinist, materialist və təkamülçü idilər. Allah: "Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əksiltmədən tam verəcəyik" deyir. Cəhənnəmdə onlara deyiləcək: “Madam portağallar, limonlar, albalılar, vişnələr, kahılar, hər cür tərəvəz, meyvə, badımcan, pomidor, bibər, madam onların hamısı  özbaşına təsadüfən yaranmış, təsadüf sizin dediyiniz kimi deyil, belə olar" deyəcək, inşaAllah. "İndi ye baxım yeyə bilirsən" kimi bir mövqe olacaq, inşaAllah. Təbii ki, Allah Təalanın necə xitab edəcəyini mən bilə bilmərəm. Mən bir bəşər olaraq məntiqlə söyləyirəm, inşaAllah.

 

Share This Video


Download

  
Report form