Hörmətli Adnan Oktarın 24 avqust 2011-ci il tarixli müsahibəsindən Hud surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR: Ya Allah, bismillah. Qurandan bir ayə oxuyaq, şeytandan Allaha sığınıram. Hud surəsi 109-cu ayədə deyilir: "Onların nəyə ibadət etdiklərinə şübhə etmə." Bax belə, görəsən doğru ola bilərmi? Görəsən darvinizm, materializm doğru ola bilərmi? Darvinin dedikləri doğru ola bilərmi? Allah: “şübhə etmə”-deyir. "Əvvəllər, ataları necə ibadət edirdilərsə", yəni şumerlər, misirlilər, qədim Yunanıstanda yaşayanlar necə darvinistdirlərsə, "bunlar da ancaq belə ibadət edirlər." Eynilə onlar kimi inadkardırlar. O dövrlərdə hökm edən kommunist düşüncə, indi də hökmranlıq edir. "Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik."
110-cu ayədə deyilir: "Həqiqətən, onlar Quran barəsində də şübhə doğuran şəkk içindədirlər." Məsələn, “görəsən Quran ki