Nur surəsi 35-ci ayənin təfsiri

A9 TV 2013-12-07

Views 1

ADNAN OKTAR: Nur surəsini açmışam, şeytandan Allaha sığınıram "Allah göylərin və yerin nurudur." 1959 tarixini verir, Bədiüzzamanın vaxtı, Risaleyi-Nurun sərbəst buraxıldığı dövr. Baxın, "Allah göylərin və yerin nurudur.Onun möminlərin qəlbində olan nuru içində çıraq olan bir taxçaya bənzəyir: o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur." 2037 tarixini verir bu. Baxın, "çıraq bir şüşə içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur" parlaq bir ulduz Mehdi (ə.s.)-a baxır, 2037. "O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən, daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır." Burada da açıq-aşkar elektrikdən bəhs edir ayədə. Baxın,  " O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən, daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır " Heç bir yerə aid olmayan bir ağacdır. Elektrik şəbəkəsi necədir? Kökdən bütün şəhərə yayılır ağac budaqları kimi. Baxın,  "haradasa atəş ona toxunmasa da" atəş toxunmadan yanan nədir? Elektrikdir. Atəş, naqilli cərəyanda  elektrik var amma istilik yoxdur. Bir elektrik lampası yananda kibritlə yandırmırıq, düyməni basdın yanır. Ayə nə deyir? "Haradasa atəş ona toxunmasa da yağı işıq verər." Basdınmı yanır.  "Bu nur üstünə nurdur. Allah istədiyini öz nuruna yönəldər."  1980 tarixini verir. Mehdi (ə.s.)-ın vəzifəyə başladığı tarixi verir. "Allah istədiyini öz nuruna yönəldər." 1980, Risaleyi-Nura da baxır bu ayə eyni zamanda, Bədiüzzamanın zamanına da baxır. hakimiyyət dövrünə də baxır, Mehdi (ə.s.)-ın vəzifəyə başladığı tarixə də baxır. Nur surəsinin 35-ci ayəsi çox əhəmiyyətli bir ayədir.

Share This Video


Download

  
Report form