Nur surəsi,31-ci ayənin təfsiri

A9 TV 2013-12-03

Views 1

Adnan Oktar: Qismən şərh edəcəyəm, dürüstcə dinləyin. Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adı ilə, "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər". Allah "Harama baxmayın" deyir. İndi haramın nə olduğunu anlayacağıq. "və cinsiyyət üzvlərini zinadan qorusunlar" yəni qeyri-qanuni cinsi əlaqəyə girməsinlər, "Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər" Təbii olaraq görünən bədən üzvlərindən başqa. "Baş örtüklərini yaxalarının üstünə salsınlar" İndi buradan "baş" sözünü çıxaraq, çünki belə bir ifadə yoxdur. Belə desək,  Allaha qarşı yalan danışmış olarıq. Baş sözü yoxdur. Var desək günaha girərik. "Örtüklərini yaxalarının üstünə salsınlar" Sinələri açıq olan qadınlar sinələrini bağlayır inşaAllah. Yəni çılpaq gəzmək olmaz.  "Örtüklərini yaxalarının üstünə salsınlar" deyir, "darebe" "vursunlar" deyir. Bax indi, bəzi insanlara sərf etməyən hissəsinə gəldik, bunu əsla qəbul etməzlər: Allah qadınlara "zinətlərini ərlərinə göstərsinlər" deyir. O insanlardan soruşsaq ki, bu doğrudurmu? Onlar: "Bəli, doğrudur" deyəcəklər. "Atalarından", "qayınatalarıdan", "yaxud öz oğullarından", "yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yəni cinsi gücü olmayan, cinsi gücünü itirmiş xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər". Amma dediyim insanlar bu ayəni qəbul edərmi? Etməzlər. Yəni mən onlara xurafatçı demirəm, amma bunu qəbul etməzlər. Onlar, "əgər bu ayədirsə biz dini qəbul etmirik" deyərlər. Ayənin mənası çox açıqdır və aydın olmayacaq heç nə yoxdur. Bunu əsla qəbul etməzlər. Bu yaxınlarda bir xurafatçı mənə qarşı çıxdı, mən də bu ayəni açıqladım. Mən ayədən yox, öz fikirlərimi söylədim inanmadı. Ayəni oxudum, cınqırını çıxarda bilmədi. Mövzu budur ki, Qurana uysalar, çox gözəl, çox əzəmətli və təmiz yaşayacaqlar. Allah onlara ağıl və fikir versin.

Share This Video


Download

  
Report form