Seyyid Taleh Boradigahinin yeni ilahisi "Ləbbeykə Ya Hüseyn, Ya Sarellah " YouTube'da yayında.
Söz: Anonim
Mus : Seyyid Taleh Boradigahi
Mix,master,aranj : Fəriborz Xatəmi
Montaj : Behishtim tv
Ey aləmə sərvər
Eşqi dili Heydər
Bu iftixarımdır
Sənsən mənə rəhbər
Ləbbeykə ya Huseyn
Ey hameye Quran
Şahənşəhi dövran
Olsun mənim canım
Gül adına qurban
Cismimdə ki, cansan
Həm ruhu reyhansan
Bəsdir bu şənində
Şahi şəhidansan
Dillər dolu qəmdir
Ğərqi bu matəmdir
Düşmən evin yıxan
Bu qara pərçəmdir
Ruha səfa sənsən
Abi bəqa sənsən
Mövla əlimdən tut
Dərdə dəva sənsən
Dil də nəva Mövla
Vurariq başa Mövla
Eşq əhli istərlər
Kərbubəla Mövla
Ləbbeykə ya Huseyn
Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1
Facebook
http://wedia.link/7uUqF
instagram
http://wedia.link/p3N5X
Tiktok
http://wedia.link/C7OzV
Twitter
http://wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #LebbeykeyaHuseynyaSarellah #SeyyidTaleh
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!