Musiqisi Oqtay Rəcəbovundur, sözləri Azərbaycan xalq bayatılarıdır.
Əzizim, üzüm dəydi,
Bağımda üzüm dəydi,
Qiyamət qopmadı ki,
Üzünə üzüm dəydi.
Bağımda gilas dəydi,
Gül açdı, gilas dəydi,
Yar əlindən yay çıxdı,
Sinəm üstə rast dəydi.
Yan durun, aşıq gəldi,
Elə yaraşıq gəldi!
Yel vurub sinən açdı,
Gözümə işıq gəldi.
Axşam da səhər nədir?
Yar nədir, qəhər nədir?
Ala gözün yanında
Dür nədir, gövhər nədir?
Aşıq sözün nəs dedi,
"Gəl, dilimi kəsdi" dedi.
Mən dedim: "Bir busə ver",
O məndən can istədi.
Dağlar başı meşədir,
Könlüm sınıq şüşədir.
Yarın yara tövhəsi
Bir dəstə bənövşədir.
Tut ağacı damadır,
Yolum xiyabanadır.
Əyil, öpüm üzündən,
Qara tellər yanadır.
Aşıq sözün düz dedi,
"Gülü bağdan üz" dedi.
Xalın yeri buxaqdır,
Niyə səndə üzdədir?
Yan durun, aşıq gəldi,
Elə yaraşıq gəldi!
Yel vurub sinən açdı,
Gözümə işıq gəldi.