Elmar Vəliyev işdən çıxarıldı: Gəncənin yeni başçısı kimdir?

ən yaxşı video 2018-08-28

Views 1

İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Elmar Vəliyev Gəncə şəhər icra başçısı vəzifəsindən azad olunub. Əvəzinə isə Niyazi Bayramov təyin edilib. 62 yaşlı N.Bayranov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əvvəllər gömrük və fövqəladə hallar orqanlarında, eləcə də bir sıra icra hakimiyyətlərində yüksək vəzifələrdə çalışıb. 2012-ci ildən bu vaxta qədər isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olub.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilmişdi. Başından güllə yarası alan Vəliyev bərpa edilmək üçün İsrailə göndərilmiş, avqustun 25-də isə hərəkət edərkən çəkilmiş görüntüləri yayılımışdı.

Kanala abunə ol -

WebSite:
Facebook:
Twitter:
Google+
İnstagram:

__
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - whatsapp : +49 176 16263646

Share This Video


Download

  
Report form