SON DƏQİQƏ: Qubada itkin düşmüş alpinistlərin cəsədi tapıldı

Best Video az 2018-05-16

Views 3

Quba rayonunda itkin düşmüş alpinistlərin hər üçünün də cəsədi tapılıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, davam edən axtarışlar nəticəsində bu gün saat 19:00-da daha 2 cəsəd (kişi və qadın) aşkar edilib.

Quba rayonunda itkin düşmüş alpinistlərdən birinin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, ötən il dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan və indiyədək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00-da axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşib və ilkin olaraq 1 kişi cəsədi aşkar edilib.

Hazırda axtarış-təmizləmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər.

Share This Video


Download

  
Report form
RELATED VIDEOS