“Bankların bağlanmasının deyil, birləşməsinin tərəfdarıyıq”. APA TV-nin məlumatına görə, bu fikirləri millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, iri bankların yaradılması daha məqsədə uyğundur. Bu halda həmin bankların kredit portfeli, likvidliyi və nizamnamə kapitalı böyük olacaq. Eyni zamanda əhaliyə verilən kredit faizləri də aşağı olacaq.
Hazırda bu prosesin getdiyini bildirən Vahid Əhmədov problemli bankların çox olduğunu, əsas məqsədin həmin bankların problemi olmayan banklarla birləşməsinin olduğunu deyib.