“İndiyə kimi “donuz qripi” təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”. Bu fikirləri APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.
O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb.
Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.