Bakıda şirkət rəhbəri və anasını qətlə yetirən şəxs tutuldu

Son Xeberler 2016-01-29

Views 24

Bakıda şirkət rəhbəri və anasının qətlinin üstü açılıb.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş. Onunla ev sahibləri arasında pul üstündə bir neçə dəfə münaqişə yaranıb. Hadisənin də həmin zəmində törədildiyi ehtimal olunur.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmov yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də business-dialogue.az saytının təsisçisi idi.

Share This Video


Download

  
Report form