Ənam surəsi, 99, 95 ayələrinin təfsiri

A9 TV 2014-10-15

Views 26

Hörmətli Adnan Oktarın 20 fevral 2013 tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar şərhlər.

Adnan Oktar: Baxın, Allah Ənam surəsi, 99-cu ayədə: -“Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın”-deyir. Allah meyvəni öyrənin deyir. “Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır”.  Baxın həmişə öyrənmək lazımdır. Bizim gördüyümüz işlərin məsələn, 300-dən çox sayda olan kitabların xüsusiyyəti nədir?. Bunlar həmişə Allahın sənətinin incəliklərini izah etməkdən ibarətdir. Şəkillərini göstərir, daxili və xarici təfərrüatlarını izah edirik. Allah da: -“bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk”-deyir. Allah bunları öyrənin deyir, oradakı sənətə baxın məsələn, onun qoxusu, dadı, görünüşü, çiçəklərinin və yarpaqlarının quruluşu, hüceyrəsinin quruluşu hamısına baxıb öyrənin, Mənə olan imanınızı və sevginizi artırın deyir. Allah: -“Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır”, yəni Allah inanmağa niyyəti olanlar üçün həqiqətən də ayələr və dəlillər vardır deyir.

Quran möcüzələri və iman həqiqətləri bizim əsas iş metodumuzdur. Yəni, əsas izah etdiyimiz mövzulardır. Allah Quranda həmişə bu mövzulara diqqət çəkir.

Ənam surəsi, 95-ci ayədə: -“Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır”-deyilir. Allah toxuma və çərdəyə diqqət çəkir. Toxum daxili quruluşu və təfərrüatları ilə öyrəndiyimiz əlavə bir mövzudur. Çünki bütün toxumlar qəribədir. Hər toxumun özünə xas xüsusiyyəti və bir quruluşu vardır. Hamısının özünə xas bir xüsusiyyəti və xüsusi bir quruluşu vardır. Məsələn, belə ki, o nə vaxt yarpaqlanacaq, nə edəcək, meyvəsini nə vaxt verəcək, meyvəsinin qoxusu necə olacaq, nəyi hansı mövsümdə hansı yolla əldə edəcək, çiçəklədiyində qoxusu necə olacaq, meyvəsi olduğunda qoxusu necə olacaq, meyvənin şəkərinin nisbəti necə olacaq, meyvədə hansı vitamin və hansı minerallar olacaqdır.

Share This Video


Download

  
Report form