Zəriyət surəsi, 36, 42, 47-48-ci ayələrin təfsiri

A9 TV 2014-10-05

Views 18

Hörmətli Adnan Oktarın 9 Mart 2013 tarixli söhbətindən Zəriyət surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Allah Zəriyət surəsi, 36-cı ayədə “bir ev” deyir. “Amma orada bir evdən başqa müsəlman tapmadıq”.

Allah bir qasırğa göndərir. “O (külək) üstündən keçdiyi hər bir şeyi məhv edir, mütləq çürüdüb kül kimi dağıdırdı”. Mehdiyyət də belədir: Qasırğa kimi əsəcək, dəccaliyyətin, darvinizmin, materializmin dəlillərini, səhv olan dəlilləri yaxud küfrün dəlillərini mütləq çürüdəcək. “Mütləq çürüdüb kül kimi dağıdırdı”, mehdiyyət də kül kimi dağıdacaq. Hz. Musa (ə.s) bütü necə əridib, kül halına gətirərərək dağıtdısa, mehdiyyət də darvinizmi eləcə kül halına gətirib dağıdacaq, inşaAllah.

 

Şeytandan Allaha sığınıram. Allah Təala: “Biz göyü qüdrətlə yaratdıq…” deyir. Yer, göy, bütün aləm enerjidən meydana gəlir. Allah: “Enerjidən meydana gətirdim” deyir. Bəs müasir elm nə deyir? Eynisini deyir. Enerji maddəyə çevrilir, maddə də enerjiyə çevrilir. Allah nə deyir? “Biz göyü qüdrətlə yaratdıq…”, yəni enerjinin maddəyə çevrilməsiylə yarandı. “Biz onu genişləndiririk”, kainat hələ də genişlənir. Bunu da yeni tapdılar. Elm bunu yeni tapdı.  Allah isə bunu min dörd yüz il əvvəl Quranda bildirmişdir. Bu təsbitlər ən çox əlli illikdir. Göyün genişləndiyi bilinmirdi. Həqiqətən göy bir şar kimi getdikcə genişlənir. “Yeri də Biz döşəyib yaydıq.” Qitələr getdikcə yayılır, genişlənir, bir-birindən uzaqlaşır. “Döşəyib yaydıq.” Həqiqətən də getdikcə yayılır. Yayılmağa da davam edir. Qitələr hal-hazırda da bir-birindən uzaqlaşır. Allah:” Nə gözəl döşəyənlərik Biz!” deyir.

 

Share This Video


Download

  
Report form