Əraf surəsi, 204, 188, 196 ayələrinin təfsiri

A9 TV 2014-10-04

Views 2

Hörmətli Adnan Oktarın 2 aprel 2013-cü il tarixli söhbətindən Əraf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Ya Allah bismillah. Şeytandan Allaha sığınıram. Əraf surəsi, 204-cü ayədə deyilir. Allah:  -“Quran oxunduğu zaman onu dinləyin” , həmçinin də  “və susun” -deyir. İnsanlar məscidlərdə danışır, məsələn, Quran yüksək səslə oxunulur. Baxın, bəs Allah nə deyir.  “Onu dinləyin” , adamsa dinləmir,  “və susun” -deyir, lakin hələ də danışırlar. Quran oxunarkən danışmaq haramdır, o oxunarkən dinləmək lazımdır. Allah: - “bəlkə sizə rəhm olunsun” -deyir.

Şeytandan Allaha sığınıram,  “mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”,  əbcədi 2026-cı ili verir. Baxın,  “mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan”,  belə ki, qorxudur,  “və müjdələyənəm”,  bəs kim ilə müjdələyir?, hz. Mehdi (ə.s) ilə, hz. İsa Məsih (ə.s) ilə, cənnətlə  “m üjdələyənəm”- deyir. Bu, eyni zamanda hz. Mehdi (ə.s)-a işarə edən bir ayədir, əlbəttə ki, birbaşa olaraq Peyğəmbərimiz (s.ə.v)-ə işarə edir, lakin işarəli mənada hz. Mehdi (ə.s)-a da işarə edir. Bu 2026-cı il tarixini verir.

“Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə”, yəni səmimi olanlara “himayəçilik edir”. Hz. Mehdi (ə.s)-a heç bir şey edə bilməmələrinin sirri məhz bu ayədir, hz. İsa Məsih (ə.s)-a da heç bir şey edə bilməmələrinin sirri bu ayədir, nəhayət hz. Xızır (ə.s)-a da heç bir şey edə bilməmələrinin sirri bu ayədir. Tək başına olaraq mane olan tapılar, tələ quran olar. Baxın, “Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır.” himayə edir, “O, əməlisalehlərə himayəçilik edir”. Allahın istədiyindən başqa heç bir şey edə bilməz.

 

Share This Video


Download

  
Report form