Hörmətli Adnan Oktarın 14 may 2013-cü il tarixli söhbətindən Nəsr surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Nəsr surəsi, şeytandan Allaha sığınıram, Rəhman və Rəhim olan Allahın adıyla: "Və Allahın köməyi və fəth gəldiyi zaman..." Fəth necə gəlir? Allahın köməyi ilə gəlir. İnsanların bir-birləriylə məşğul olmasıyla bir şey olmaz. Allahın köməyi olmalıdır. Əlbəttə ki, hər şeyi Allah edir. "İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini gördükdə..." - deyilir ayədə. İnsanlar Allahın dininə dalğa-dalğa girəcəklər. "Dərhal Rəbbini həmd ilə təsbih et" – deyir Allah. Əlhəmdülillah. Bu ayənin əbcədi 2016-cı ili verir. "İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini gördükdə, dərhal Rəbbini həmd-səna ilə təqdis et." Bu ayənin əbcədi 2016-cı il tarixini verir. Deməli, insanlar 2016-cı ildə Allahın dininə dalğa-dalğa girəcəklər. Təkrar vurğulayıram, heç kim unutmasın, bir yerə, bir dəftərə, bir yerə yazsınlar, ayəni də deyirəm, Nəsr surəsinin 1-3-cü ayələri: "Allahın köməyi və fəth gəldiyi zaman, insanların..." Allah insanların deyir, bu nə deməkdir? Xristianlar, yəhudilər, dinsizlər, ateistlər, masonlar, hamısı "Allahın dininə dalğa-dalğa girdiklərini gördükdə" –yəni böyük dalğalar şəklində- "dərhal Rəbbini həmd-səna ilə təqdis et." Yəni, dərhal, gözləmədən, əlhəmdülillah (de), "həmd-səna ilə təqdis et" . Əbcədi 2016-cı il tarixini verir. Bir yerə yazsın qardaşlarımız, 2016-cı ildə nələr olacaq bir görsünlər. "Ondan bağışlanma dilə. Çünki o tövbələri çox qəbul edəndir." Allah günahlarımızı bağışlasın, bizləri əfv etsin. MaşaAllah, bu ayə, İstanbulun fəth tarixini də verir. Fateh Sultan Mehmet tərəfindən fəth edildiyi tarixi də verir. Həm də, 2016-cı il tarixi verir.