İbrahim surəsi, 15-ci ayənin təfsiri

A9 TV 2014-09-23

Views 21

Hörmətli Adnan Oktarın 7 may 2013-cü il tarixli söhbətindən İbrahim surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah, İbrahim surəsinin 15-ci ayədə belə buyurur: "Elçilər fəth (qələbə) istədilər." Yəni dünya hakimiyyəti istədilər. "Hər bir inadkar dikbaş," Yəni bütün dəccallar, Əsədin dəstəsi. Bu dəccallar həm də inadkarlıq edirlər və "ziyana uğradı."-deyir Allah.  Bu ayənin əbcədi 1995-ci il tarixini verir. Rusiyanın, Marksizmin, Leninizmin, faşizmin süqutuna, bütün dəccalların ölməsi, məhv olub getmələrinə işarə edən tarixidir. Məsələn, Hafiz Əsəd getdi, Misirdə Mübarək getdi, İraqda Səddam getdi. Deməli, 1995-ci illərdən sonra böyük bir hücum olacaq, inşaAllah. Allah, Quranda dəccaliyyətin mütləq məğlubiyyətlə nəticələnəcəyinə zəmanət verir. Dəccaliyyət mütləq məğlub olacaq. Məsələn, Əsəd də mütləq məğlub olacaq, başqa yolu olmaz.

 

Share This Video


Download

  
Report form