ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Baxın, açdığım səhifə Zumər surəsi çıxdı.
Allah buyurur: "Məgər Allahın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi?". Bu ayənin əbcədi şəddəsiz 1990-cı il, şəddəli 2022-ci il tarixini verir. "Lakin Allahın zikrinə qarşı ürəkləri sərt olanların vay halına". Yəni eqoizm, lovğalıq hissinə qapılıb: "Mən çox mədəniyəm, marksist fəlsəfəni, başqa fəlsəfələri, darvinizmi, materializmi bilirəm, buna görə hər şeyə təpədən baxıram" deyənlərin vay halına. Allah Təala nə deyir? "Lakin Allahın zikrinə qarşı ürəkləri sərt olanların vay halına. Məhz onlar açıq-aydın azmışlar", yəni ictimai və açıq pozğunluq içindədirlər. "Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi."
Yəni Quranı mükəmməl endirdi. "Rəbbindən qorxanların ondan dəriləri ürpəşər". Yəni əgər Allahdan qorxursa, Quran oxuyarkən onların dəriləri ürpəşər. Qeyri-adi dərəcədə həyəcanlanarlar, çox təsirlənərlər. "Allahın zikrindən sonra dəriləri və ürəkləri yumşalar, sakitləşər". “Allahın zikrindən sonra”, həyəcanlandıqları vücudlarında da hiss edilər, bundan əlavə “qəlbləri” deyilir. Sevimli, mehriban, lovğalıq hissindən təmizlənmiş, şəfqətli, hadisələrə sağlam fikirlə baxan bir insan şəklinə düşərlər. Baxın, "dəriləri və ürəkləri yumşalar, sakitləşər". Ürəyin yumşalması ilə sakitləşməsi fərqli şeylərdir. Ürək yumşalıb sakitləşəndə insan mülayim olar. Məqbul və mehriban bir insan olar. O zaman Allahı qəbul etmək, Ona səcdə etmək ona çətin gəlməz. Təkəbbür hissinə qapılmaz. Allaha qul olmağa (haşa) alçaldıcı baxmaz. "Allahın zikrindən sonra dəriləri və ürəkləri yumşalar, sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar". Allah Quranla dilədiyini hidayətə çatdırar. "Allahın dəlalətə saldığı şəxsə isə yol göstərən olmaz!". "Qiyamət günü o pis əzabdan özünü kim qoruya biləcək?". Orada dialektika fəlsəfəsini izah edərək, marksist şərhlərlə, ucadan danışaraq özünü qurtara bilməz. "Zalımlara: “Qazandığınızı dadın!” – deyilər". Dünyada nə qazandısa, necə bir vicdansızlıq etdisə, etdiklərinizin cəzasını dadın deyilir. Çünki bütün meyvələrin, tərəvəzlərin, gözəl yeməklərin hamısının təsadüfən olacağına inanır, bu zülmdür. Gözəl insanların, mənzərələrin, yeməklərin, gözəl dadların, gözəl qoxuların, hamısının təsadüfən olduğuna inanır. Halbuki, Allah istəsə bütün qoxuları çox iyrənc yaradardı. Amma gözəl qoxularla çiçəkləri bəzəmişdir. Allah insanların xoşlarına gəlsin deyə ətirlər yaradıb. Yeməkləri bir-birindən gözəl yaratmışdır. Portağallar, narlar, üzümlər qoyulmuş süfrədə marksistlər oturub böyük bir iştahla, sevinclə o yeməkləri yeyirlər. Allahın yetişdirdiyi o tərəvəzləri, meyvələri böyük bir iştahla yeyirlər. Yaxşı, bəs kim yaratdı deyirsən? "Təsadüfən oldu" deyir. Portağal? Alma? Armud? Üzüm? Təsadüfdür. Bananlar, albalılar, əncirlər, narlar hamısı təsadüfən özbaşına yaranıb, deyirlər. Bu bir zülm deyilmi? Təsadüfən yaranan meyvələrdə bu qədər gözəl qoxu olarmı? Bu qədər faydalı halda olarmı? Bütün vitaminlər var. Bu cür nemətləri kimin yaratdığını düşünməlidir. Düşünmürsə öz nəfsinə zülm etmiş olar. Məsələn, beynimizin içində hər şeyi rəngli, üçölçülü görürük. Gərginliyi çox aşağı olan bir elektrik cərəyanını, beynimizin içindən keçən elektrik cərəyanını, üçölçülü, dəqiq, keyfiyyətli bir görünüş olaraq görürük. Soruşuruq ki, bütün bunları hansı gözlə görürük? Bu gözün harada olduğundan xəbərləri yoxdur. Ən keyfiyyətli şəkildə səsi eşidirik. Məsələn, hal-hazırda danışdıqlarımı qardaşlarımız televiziyalarda eşidir, internetdən də eşidirlər və eyni anda evin içindəki digər insanların danışıqlarını da eşidirlər. Çox kefiyyətli üçölçülü bir duyğudur. “Bu necə oldu?” soruşuruq. “Təsadüfən oldu” deyir. “Kim görür?” soruşuruq. “Kimin gördüyünü bilmirəm, amma təsadüfən oldu” deyir. “Eşidən kimdir?” deyə soruşuruq. “Kimin eşitdiyini bilmirəm, amma otaq təsadüfən oldu” deyir. İndi bu zülm deyilmi? Allah da: “Madam ki, görməyin, eşitməyin təsadüfən yarandığını deyirsən, o zaman kor və kar olaraq toplayacağam”. "Onlardan əvvəlkilərdə yalanladı". Yəni ilk dəfə siz inkar etmədiniz. Tarixin ən keçmiş dövrlərindən bəri hz. Musa (ə.s) dövründə Firon yalan hesab edir. Hz.İbrahim (ə.s) dövründə Nəmrud yalan sayır. Hər peyğəmbərin dövründə yalan sayanlar olub. Qəbul edənlər, iman edənlər də var, yalan sayıb, inanmayanlar da var. Dünya tarixi həmişə belə keçmişdir və qiyamətə qədər də belə olacaq. "əzab da onlara gözləmədikləri yerdən gəldi". Ya bir ürək infaktından ölür heç təxmin etmir, ya xərçəngdən ölür, ya qəza ilə ölür və yaxud böyük fəlakət gəlir onunla ölür, yəni toplu bir fəlakət gəlir. "Allah rüsvayçılığı onlara dünyada d