Əraf surəsi, 137-ci ayənin təfsiri

A9 TV 2013-12-06

Views 31

ADNAN OKTAR: "Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik." Bax 'xor qılınıb', xor qılmaq nə deməkdir? Təhqirə düçar olan, təzyiqə məruz qalan, böhtana məruz qalan, maneə törədilən, böhtanlar atılan nəfəs almağa qoymayan, döyülən, söyülən, həbs edilən. " zəif qövmü." Necə zəif olan? İqtisadi enbarqo tətbiq edir, ticarət etmir, təcrid edilir, "və beləcə zəif qövmü " deyir. "Xor qılınıb zəif buraxılanları varislər təyin etdik." Burada nəzərdə tutulan kimdir? Mehdi (ə.s) və tələbələridir inşaAllah. Birdə İsa Məsih (ə.s) və tələbələri. "Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi." Deməli səbir edilməlidir. Bu əsrin İsrail oğulları da Mehdi (ə.s) və tələbələridir. Bu əsrin Bəni İsraili budur. "Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik." Firon; dəccaliyyəti və qövmünün etdiklərini, yəni etdikləri zülm, təzyiq, Darvinist, materialist düşüncə və inancları, "və tikib ucaltdıqlarını." Məsələn tuğyanı və dəlaləti yüksəldirlər, ağrını, insanın üzərinə təzyiqi yüksəldirlər. Terroru və şiddəti yüksəldirlər, hər cür pisliyi yüksəldirlər. "Ucaltdıqlarını (iqtidarlarını, saraylarını) darmadağın etdik." İkinci mənası da bu; 'ucaldıb' şeytanla əlaqə qurmaq üçün tikdikləri o daşlar, ucu pramit şəklində daş. Hz. Süleyman (ə.s)- ın möhüründə də o piramidanın tərsi bir pramida daha vardır, tərs üçbucaq. Bir dik üçbucaq vardır bir də tərs üçbucaq vardır. Bu şeytanı təsirsiz hala gətirməkdə istifadə edilən vəsilələrdən biridir. Bu altı bucaqlı ulduz şeytana qarşı istifadə edilən vəsilələrdən biridir. Hz. Süleyman (ə.s)- ın da möhrüdür bu. Şeytanı təsirsiz hala gətirmək üçün istifadə edilər. Bunun izahları var amma mən yalnız bu qədər qismini deyim.

Share This Video


Download

  
Report form