Zuxruf surəsi,51-59,61,62-ci ayələrin təfsiri

A9 TV 2013-12-03

Views 34

Adnan Oktar: Bir az Zuxruf surəsindən oxuyum. 51-ci ayə: "Firon qövmünə bağırıb dedi:" onlarda belə bağırma, məsələn, Misirdə də bu an xalqa qarşı həyasızca bağıraraq, təpədən baxan bir zehniyyət vardı. İndi qəfəsin içinə atıldı. "Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?" Orada bir kommunist düşüncə olduğu üçün o dövrdə də, mülkü dövlət özününkü olaraq qəbul edir, xalqı da özünə aid olaraq görür, mülkü də özünə aid olaraq görür. Xalqa da ideologiya olaraq söykəyir. "Mənə iman edəcəksiniz, mənə inanacaqsınız, başqa bir şey qəbul etmərəm"- deyir.  "Məgər görmürsünüzmü? 52: Ya da mən bundan daha üstün deyiləmmi?" "bundan" öz ağlınca dəyər vermir Hz. Musa (ə.s)-a, "ki, o, aşağı (təbəqədən) bir yazıq". İndi də bəzi elə deyən axmaqlar var. Kürd qardaşlarımıza dəyər vermirlər və yaxud ərəb qardaşlarımıza dəyər vermirlər və yaxud müxtəlif insanlara dəyər vermirlər, "və az qala sözünü belə aydın başa sala bilməyən (biri)dir". Yəni "ifadə etmə bacarığı yoxdur" -deyir. Hz. Musa (ə.s) bir az həyəcanlanır danışarkən, onun üçün zaman-zaman dili tutulur. Bunu onun əleyhinə istifadə etmək istəyir. "53: Nə üçün ona qızıl bilərziklər taxılmayıb" fikri dərhal qızıla, pula gedir. Puluna görə ona dəyər verəcək, puluna görə ona hörmət edəcək. Küfrdə elədir, insanlara puluna, zənginliyinə görə dəyər verər, amma keyfiyyətli bir müsəlman bir insanı şəxsiyyətindən, imanından, gözəl əxlaqından ötrü sevər, "və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?" Bu da müşriklərin istədiyi bir şeydir. Müşriklərin tələbi həmişə budur. Mələkləri görsün, mələk gəlsin ona desin "filan belədir". Firon nə deyir? "onunla birlikdə mələklər gəlməli deyil idimi?" -deyir. Deməli, bu müşriklərin və Firon ruhunun bir üslubudur, Müsəlmanın istifadə edəcəyi bir üslub deyil. 54: "Firon öz xalqını ələ saldı," öz xalqını ağılsız hesab edir. Bəzi qardaşlarımız kürd qardaşlarımızı, ərəb qardaşlarımızı ələ salırlar, "onlar da ona itaət etdilər" alçaldıb onları küncə sıxışdırmış, sanki özünə əsir halına gətirmiş. "Həqiqətən, onlar fasiq adamlar idilər. 55: Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq". Allah ümumiyyətlə anormallıq edən xalqlara bütöv olaraq fəlakətlər verir. 56: "Biz onları sonradan gələn nəsillər üçün izi-tozu itirilib yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik". Yəni "ibrət götürmələri üçün bir nümunə etdik" -deyir Allah. 57: "Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü". İndi də məsələn bəzi səfehlər, hz. İsa (ə.s) gələcək deyildikdə, belə ot görmüş eşşək kimi dişini ağardırlar. Hz. İsa (ə.s)- ın atasız dünyaya gəlməsinə, ona da inanmır, ona da dişini ağardırlar. O zamanki müşriklər də dişini ağardırlar. 58: "Onlar dedilər: "Bizim məbudlarımız yaxşıdır, yoxsa o?" Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən və düşmən camaatdır". İnternetdə də var, höcətləşən, o ona söz söyləyir, o ona söz söyləyir. Əsas mövzu nədir? Mübahisə və dava. Sevgi varmı? Yox. Şəfqət, mərhəmət, hörmət bunları buraxmışlar, yalnız mübahisə var. Baş nazirə təhqir edər, başqasına təhqir edər, Fəthullah müəllimə təhqir edər, ona təhqir edər, buna təhqir edər, ağızı davamlı pisliyə alışmış, ağızlarından sevgi cümləsi çıxmır, alışdırmamış özünü sevgiyə, baxın "höcətləşən və düşmən camaatdır". Ürəyi düşmənliklə, nifrətlə doludur. Nə istəyir? İki şey istəyir: mübahisə və düşmənlik. Mübahisəsinə nə hakimdir? Düşmənlik hakimdir. İnternetə baxırsan, bir sevgi sözü axtarırsan, tapmaq çox çətindir. Hökmən təhqir. Gənc qızlar belə artıq kişilər kimi küfr etməyə başlamışlar. Cinsi məzmunlu küfr edirlər sanki normal bir şeymiş kimi. Nə qədər çirkindir. Bir qadının küfr etməsi, birbaşa özünə təhqirdir, çox anormal bir hərəkətdir.  59: "O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur".  Allah,  hz. İsa (ə.s.) "bir ilah deyil" -deyir. "İsrail oğullarına nümunə etdiyimiz". Cənabı Allah, əgər izləyəcəksinizsə, onu izləyin, o bir nümunədir deyir. 61: "Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin", biz də şübhəyə düşmürük, "və Mənə tabe olun. Budur, düz yol!" Əbcədi 2026-cı il tarixini verir, dünya hakimiyyəti, inşaAllah. Hz. İsa (ə.s)- ın anlı şanlı hakimiyyətinin başladığı illər. 62: "Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir"

 

Share This Video


Download

  
Report form